ABŞ kəşfiyyatı diktatorların və korrupsionerlərin pullarını axtarmaq üçün xüsusi qrup yaratdı

30.04.2014 - 12:32

ABŞ kəşfiyyatı diktatorların və korrupsionerlərin pullarını axtarmaq üçün xüsusi qrup yaratdı

ABŞ Federal Təhqiqatlar Bürosu devrilmiş diktatorların və korrupsiner hökmdarların xaricdə gizlədilmiş aktivlərini axtarıb üzə çıxarmaq üçün xüsusi qrup yaradıb.
Virtualaz.org xəbər verir ki, bu barədə Londonda Ukraynada Yanukoviç hakimiyyətinin ölkədən çıxardığı aktivlərin geri qaytarılmasna dair təşkil edilmiş iki günlük beynəlxalq konfransda ABŞ-ın baş prokuroru Erik Holder elan edib.
Ukraynanın yeni hakimiyyəti dünyanın 136 ölkəsinə müraciət edərək devrilmiş prezident Viktor Yanukoviç də daxil olmaqla onun hakimiyyətinin 68 vəzifəli şəxsinin bank hesabları barədə informasiya verməyi xahiş edib. Təxmini hesablamara görə Yanukoviç hakimiyyəti dövründə ölkədən qanunsuz yollarla 32 milyard dollar çıxarıla bilər.
London konfransında çıxış edən Erik Holder deyib ki, korrupsiya və xalqlardan oğurlanmış pulların aşkar edilməsi üçün hələ 2010-cu ildə “maliyyə spesnazı” yaradıb. Bu qrupda yer alan mütəxəssislər Nigeriya diktatoru Sani Abaçanın 550 milyon dollarını aşkar edərək geri qaytarmağa kömək ediblər. Holder amerikalı mütəxəssislərin Ukraynada da işlədiyini bildirib. Yanukoviçin oğurladığı pulların izinə düşmək üçün xüsusi agentlər və çirkli pulların yuyulması üzrə mürəkkəb sxemləri araşdıran analitiklər cəlb olunublar.

Short URL: http://www.cumhuriyyet.net/?p=6706

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930