"Rusiya hücuma keçərsə, önündə Amerikanı görəcək"

30.04.2014 - 14:06

“Rusiya hücuma keçərsə, önündə Amerikanı görəcək”

Amerika Birləşmiş Ştatlarının Ukraynadakı səfiri Ceffri Payetta son hadisələrlə əlaqədar sərt açıqlama verib
“Axar.az”ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, o, hadisələrin bu cür cərəyan etməsinə təəssüfləndiyini bilidirib.
 
Kiyevdə brifinq keçirən səfir qeyd edib ki, əgər Rusiya hərbi hissələri Ukrayna sərhədlərini keçərsə, hadisələr görünməmiş məcrada inkişaf edəcək. Amerka məsələlərə etinasız qalmayacaq, işğala reaksiya verəcək, aqressor önündə Qərb hərbi qüvvələrini görəcək.
 
Jurnalistlərin suallarını cavablandıran Payetta vurğulayıb ki, Rusiya bölgədəki aqressiv siyasətini dəyişməzsə, rəsmi Vaşinqton sanksiyaların təsirini daha da genişləndirəcək.
 
Ukrayna-Amerika hərbi əməkdaşlağına toxunan səfir bəyan edib ki, iki ölkə arasında bu sahədə ilkin razılaşma var və hadisələrin inkişafı sözügedən anlaşmanın tətbiqinin fəlsəfəsini ortaya qoyacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=6711

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930