Sumqayıtda 11 saylı məktəbdə son zəng

14.06.2016 - 16:49

IMG_8916Azərbaycan ümumtəhsil məktəblərində daha bir tədris ili başa çatdı. Ölkə boyunca bütün pedoqoji kollektivin və şagirdlərin səbrsizliklə gözlədiyi son zəng tədbirləri keçirildi. Sumqayıt şəhər 11 saylı məktəbdə keçirilən son zəng digərlərindən xüsusilə ilə fərqlənirdi. N saylı hərbi hissənin nəfəsli alətlər orkestirinin müşayəti ilə keçirilən son zəng gələcək həyata hazırlanan bu günkü məzunların layiqli bir vətəndaş kimi yetişməsinin bariz nümunəsi idi. IMG_8892Təsadüfi deyildi ki, respublikamızın görkəmli ziyalıları, elm xadimləri də məktəbə son zəngdə iştirak etmək üçün qonaq gəlmişdilər. Şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlu, rejissor, aktyor , əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov, tanınmış jurnalist Anar Vəziroğlu, Sumqayıt şəhərinin tanınmış elm xadimləri Təbrik Quliyev, Əbülfəz Babayev, Kamal müəllim, Eyruz Məmmədov, Sumqayıt Şəhər icra hakimiyyətinin nümayəndəsi Ceyhun müəllim, şəhər təhsil şöbəsinin nümayəndəsi Esmira xanım tədbirin qonaqları sırasında idilər.
IMG_8284Dahi Üzeyir Hacıbəylinin “Koroğlu” üvertürasının sədaları altında 11-cilərin gəlişi, hərbi orkestrin ifası izləyiciləri qürurlandırırdı.Tədbirdə məktəbin istər 11-ci siniflərindən, istər 1-ci siniflərindən , istərsə də digər siniflərindən olan istedadlı şagirdlərin çıxışları, rəqs və mahnıları səsləndi. Məktəb xorunun, ayrı-ayrı qrupların və şagirdlərin ifasında səslənən mahnılar , rəqslər qonaqların, müəllim və valideynlərin hədsiz marağına səbəb oldu. “Şeron ” qrupunun iştirakı isə 11-cilərin sevincinə səbəb oldu.
IMG_8058Məktəbin direktoru Şəhla Bağırova il boyu təlim və tədrisdə fərqlənən müəllim və şagirdləri, müxtəlif yarışmalardan, olimpiyadalardan birinciliklə, diplomlarla qayıdan şagirdləri təqdim edərək , onları diplomlarla təltif etdi. Geridə qalan tədris ilində əldə edilən uğurlarla kifayətlənməməyi, gələcəkdə daha böyük uğurlar qazanmaq əzmində olduğunu bildirdi. Daha sonra isə sözü qonaqlara verdi. İlk öncə çıxış edən Baba Vəziroğlu bu il məktəbi bitirən 11-cilərə uğurlar arzulayaraq, Son zəng şerini oxudu, bütün qonaqlar çıxış edərək, məzunları təbrik etdilər və məktəbin yüksək səviyyəli təlim tərbiyyəsinə, şagirdlərə yaradılan şəraitə görə ölkə rəhbərliyinə, şəhər və məktəb rəhbərliyinə, müəllimlərə təşəkkür etdilər.IMG_8024
Valideynlər adından çıxış edən Ofeliya xanım isə övladlarının üzərində zəhməti olan bütün müəllimlərə , o cümlədən də məktəbdə qanun-qaydanın, səliqə-sahmanın, yüksək səviyyəli təlim-tərbiyyənin yaradılmasında xüsusi əməyi olan direktor Şəhla Bağırovaya təşəkkürünü bildirdi. Şagirdlər sözləri və musiqisi məktəbin müəllimi İradə müəlliməyə aid olan Məktəb dostları adlı mahnını ifa etdilər . 11-ci sinif şagirdi Rəşidin ifası isə müəllim və valideynləri kövrəltdi.
Tədbir “Son zəng”-in səslənməsi ilə başa çatdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=67125

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31