7 nəfər asıldı
Beynəlxalq aləmin çağırışlarına baxmayaraq, İran İslam Respublikasında edam hökmlərinin icrası durmadan davam edir.
Beynəlxalq aləmin çağırışlarına baxmayaraq, İran İslam Respublikasında edam hökmlərinin icrası durmadan davam edir.
Kirmanşah vilayətində qəsdən adam öldürməkdə günahlandırılan Fəriborz
Siyabani və Fəttahi soyadlı vətəndaş edam olunub. Bundan başqa daha 5
nəfərin də həmin şəhərdə edam olunduğu bildirilir. Lakin kütləvi
informasiya vasitələri edam edilən 5 nəfərin kimliyi və nədə
suçlandıqları barədə heç bir məlumatın verilmədiyini yazıb. Qərar İran
Ali Məhkəməsi tərəfindən təsdiqləndikdən sonra aprelin 27-da səhər
saatlarında Kirmanşah şəhərinin Dizelabad həbsxanasında icra edilib
Short URL: http://www.cumhuriyyet.net/?p=6724