Qarabağda müharibə başlayır?

01.05.2014 - 10:17

Qarabağda müharibə başlayır?

Ermənilər işğal altındakı ərazilərimizdə irimiqyaslı təlimlər keçirir
Vəfa Quluzadə: “Bütün bunlar Rusiyanın Azərbaycana təzyiqi, eyni zamanda, Qərbə mesajıdır”
Ermənistan Silahlı Qüvvələri işğal etdiyi Azərbaycan torpaqlarında irimiqyaslı hərbi təlimlərə başlayıb. APA-nın məlumatına görə, təlimlər Ağdam rayonunun işğal altında olan Uzundərə və Şahbulaq dağ massivində ağır artilleriya və zirehli texnikaların iştirakı ilə keçirilir. Təlim zamanı açılan atəş və güclü partlayış səsləri Ağdam rayonu ilə yanaşı, Tərtər, Bərdə və Ağcabədi rayonlarında da eşidilir.
Ermənilərin Qarabağda təlimlərə başlamasına Azərbaycan-Rusiya münasibətləri kontekstindən baxmaq olarmı?
Politoloq Vəfa Quluzadə hesab edir ki, məsələyə məhz elə bu kontekstdə baxılmalıdır. Çünki Rusiya hazırda Gömrük Ittifaqını dirçəltmək istəyir. Politoloqun fikrincə, Rusiya Qərbə mesaj göndərir: “Demək istəyir ki, biz sizə Yuqoslaviyanı, Şərqi Avropanı, müttəfiqlərimizi, Baltik respublikalarını güzəştə getsək də, Mərkəzi Asiya, Cənubi Qafqazı güzəştə getmək fikrində deyilik. Moldova da Rusiyanın təzyiqi altındadır. Rusiya Dnestryanı respublikaları özünə birləşdirmək fikrini ortaya atıb. Şimal sərhədlərimizdə pasport paylamaq, işğal olunmuş ərazilərimizdə təlimlər keçirməyin hamısı Azərbaycana təzyiqdir. Rusiya Azərbaycanın orientasiyasını dəyişib, onu Gömrük Ittifaqına getməyə məcbur etmək, özünün təsir zonasına salmaq istəyindədir”.
V.Quluzadə əlavə edir ki, Rusiya Azərbaycanı öncə Qərbin, o cümlədən Amerikanın təsir zonasından çıxarıb öz təsir zonasına keçirmək istəyir: “Rusiya Azərbaycanı təhdid və təzyiq altında saxlamaq, qarşıya qoyduğu siyasi məqsədə çatmaq üçün bütün bu işləri həyata keçirir. Xəzərin statusu məsələsində də, yəni, dövlət başçılarının sentyabrda müzakirə olunacaq tədbirində Azərbaycanın mövqeyini dəyişməyə çalışacaqlar”.
Politoloqun sözlərinə görə, Azərbaycan Xəzərin səthini və dibini Rusiyanın veto haqqına güzəştə getməlidir. Ukraynada gedən qarşıdurmanın nəticələrini gözləməyi lazım bilən politoloq, bir çox məsələlərin bu hadisələrdən asılı olduğunu vurğulayıb. (azadliq.info)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=6728

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930