İmişlidə “Gül Bayramı” üçün pul yığmağa başlayıblar

01.05.2014 - 11:02

İmişlidə “Gül Bayramı” üçün pul yığmağa başlayıblar

İcra Hakimiyyətinin göstərişinə əsasən büdcə təşkilatlarında çalışanlardan 5-10 manat tələb olunur
Mayın 10-u keçmiş prezident Heydər Əliyevin ad günü ilə əlaqədar İmişli rayonunda bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. JAM.AZ-a verilən məlumata görə, rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçiriləcək tədbirlərin sırasında yerli və xaricdən gətirilmiş güllərin də nümayiş etdiriləcəyi gözlənilir. 
Amma bütün bu işlərin hamısının xərci yenə də büdcədən maliyyələşən təşkilatların üzərinə qoyulub. JAM.AZ-a verilən məlumatda deyilir ki, İmişli rayon İcra Hakimiyyətinin rəsmilərinin göstərişinə əsasən təhsildən tutmuş, suvarma idarəsinə qədər hamısı öz “çəkiləri”nə uyğun pul verməlidirlər. Elə bu səbəbdəndir ki, rayonda artıq müəllimlərdən 5 manat, ayrı-ayrı idarə və müəssisələrdə çalışanlardan isə 10 manatdan pul toplanılmasına başlanılıb. 
Məlumatda o da deyilir ki, İmişlinin icra başçısı Vilyam Hacıyev prosesə şəxsən nəzarət edir. İddia olunur ki, o çəkilən xərclərin hamısının yığılma pul hesabına bağlamaq fikrindədir. 

Short URL: http://www.cumhuriyyet.net/?p=6736

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930