Fransalı jurnalist Bakıya buraxılmadı

01.05.2014 - 12:23

Fransalı jurnalist Bakıya buraxılmadı

Fransa Mərkəzi Telekanalının əməkdaşı Yelena Voloşinanın Leyla Yunusla görüşü əngələndi
“Fransa Mərkəzi Telekanalının əməkdaşı, tanınmış jurnalist Yelena Voloşina Azərbaycandan deportasiya olunub”. Bu barədə informasiyanı “Azadlıq”a hüquq müdafiəçisi Leyla Yunus verib. L.Yunusun sözlərinə görə,  bu gün saat 10.00-da Yelena Voloşina onunla görüşməli və müsahibə götürməli idi. Amma xarici jurnalist bu gün səhər ölkəmizə gələn kimi geri göndərilib: “Yelena Voloşinanı mən uzun müddətdir ki, tanıyıram. Onunla bizim bir sıra proyektlərimiz olub. Bakıda keçirilən “Eurovision” yarışması zamanı bir sıra araşdırmalara imza atmışıq.  Yelena Voloşina ikili vətəndaşlığa sahibdir. O, həm Rusiya, həm də Fransa vətəndaşıdır. Yelena Voloşina ölkəmizə Moskvadan özü də rus pasportu ilə gəlibmiş. Rusiya ilə bizim aramızda viza rejimi yoxdur. Jurnalist Bakıda olarkən hava limanının pasport nəzarətində bildiriblər ki, ona Azərbaycana giriş qadağandır. Yelena Voloşina hava limanında tanınmış jurnalist olduğunu və Rusiya vətəndaşlarına Azərbaycana girişin vizasız olduğunu bildirsə də, buna məhəl qoyulmayıb”. 
L.Yunus onu da qeyd etdi ki, Y.Voloşina Fransa Mərkəzi Telekanalının tapşırığı ilə Azərbaycandakı insan hüquqlarının vəziyyətinə dair reportaj hazırlamalı idi. Azərbaycana gələcəyini bilən bir sıra başqa fransız telekanalları da jurnalistdən ekskluziv reportajlar istəyiblər. “O, azad sözə basqılar, jurnalist Rauf Mirqədirovun həbsi və bizə qarşı olan təzyiqlərlə bağlı araşdırma aparmağı planlaşdırırdı”, deyə L.Yunus vurğuladı.

Short URL: http://www.cumhuriyyet.net/?p=6741

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930