Kerri: Lavrovun davranışları vəhşilikdir
Kerri: Lavrovun davranışları vəhşilikdirAmerika Birləşmiş Ştatlarında Moskvanın Ukraynanın şərqində geniş agentura şəbəkəsi yaratması barədə dəlillər var. “Axar.az” xəbər verir ki, bu barədə Vaşinqtonda çıxışı zamanı ABŞ Dövlət katibi Con Kerri deyib. O, rəsmi Moskva ilə separatçılar arasında aparılan danışıqların səs yazısını əldə etdiklərini vurğulayıb. Kerri bildirib ki, kəşfiyyat strukturlarından onlara Rusiyanın yerlərdəki emissarlarının Moskvadan birbaşa təlimatlar aldığı barədə məlumatlar daxil olmaqdadır: “Biz dəqiq bilirik ki, bu göstərişləri kim və harada verir”. ABŞ Dövlət katibi həmçinin rusiyalı həmkarı Sergey Lavrovu da ciddi tənqid edərək, onu yalan danışmaqda qınayıb: “Son bir neçə həftə ərzində Lavrovla 6 dəfə danışıqlara girmişəm. Axırıncı təmasımız isə ümumiyyətlə şərh olunası deyil – bu, əsl vəhşilik, yadplanetli təfəkkürü idi. Onun qədər ağa qırmızı, göyə çəhrayı deyən ikinci şəxs tanımıram. Baxın, görün biz kimlərlə müzakirə aparırıq… İnsan özünə nəzarətini itiribdi”
Short URL: http://www.cumhuriyyet.net/?p=6743