Masallının icra başçısı təcili Bakıya çağırıldı

01.05.2014 - 14:49

Masallının icra başçısı təcili Bakıya çağırıldı

Rafil Hüseynovdan edilən şikayətlər Prezident Aparatında qəzəbə səbəb olub 
Masallının icra başçısı Rafil Hüseynov az öncə təcili olaraq Bakıya çağırılıb. Bu barədə JAM.AZ-a rayondakı mənbələrdən məlumat daxil olub. 
Həmin məlumatda deyilir ki, Hüseynov səhər saatlarında işdə olub və günorta vaxtı Bakıdan gələn zəngdən dərhal sonra yola çıxıb. Kifayət qədər əsəbi olan icra başçısının qəfil, xüsusən də həftənin ara günlərində paytaxta çağırılmasının hələlik dəqiq səbəbi məlum deyil. Yalnız bilinən odur ki, son bir həftə ərzində Rafil Hüseynova Prezident Admnistrasiyasından xeyli zənglər olub və onların hamısı rayon camaatının etdiyi şikayətlərlə əlaqəlidir. Hətta o da deyilir ki, PA-dan edilən hər zəngdən sonra Hüseynovun əsəbləri tarıma çəkilirmiş. 
JAM.AZ-a danışan mənbə bildirir ki, hal hazırda Masallı İcra Hakimiyyətində də narahatlıq yaşanır. Belə ki, qurumun işçiləri Rafil Hüseynovun Bakıya işdən çıxarılması üçün dəvət edildiyi düşüncəsindədirlər. 

Short URL: http://www.cumhuriyyet.net/?p=6751

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031