Saatlıda şəhidlərə hörmətsizlik

01.05.2014 - 14:52

Saatlıda şəhidlərə hörmətsizlik

İcra başçısı boş torpağları satışa çıxarıb, rayonun Şəhidlər Xiyabanı ilə üz-üzə şadlıq sarayı tikilib 
Azərbaycanda bineyi qədimdən həmişə qəbristanlıq, məzarlıq yanından keçəndə insanlarımız hörmət əlaməti olaraq susqun dayanıblar. Dünyasını dəyişənlərə və onların ailə üzvlərinə, hətta tanımasalar belə həmişə ehtiram xatirinə bu addımı atıblar. Amma müasir Azərbaycanda icra başçıları pul xatirinə bu dəyərləri də yerdən yerə vurmaqda davam edirlər. 
 Saatlı rayonunda artıq bu dəyərlərə hörmətsizliyin bariz nümunəsi ortaya çıxıb. Məlumatlara görə, rayonun icra başçısı Siraqəddin Cabbarov pul qazanmaq xatirinə Şəhidlər Xiyabanı ilə üzbəüz ərazini yerli iş adamlarından birinə satıb. Həmin iş adamı da heç nəyin fərqinə varmadan elə Şəhidlər Xiyabanı ilə üzzüə şadlıq sarayı inşa etdirib və istifadəyə verib. 
Rayonun girəcəyində fəaliyyət göstərən Şadlıq Sarayında hər gün toy-bayramdır. Və yerli əhali də bunu özünə qarşı hörmətsizlik kimi qəbul edir. Məsələ dəfələrlə rəsmi qurumların qarşısında qaldırılsa da, bir nəticə hasil olmayıb. Səbəb isə icra başçısının bu işə qol qoyması və razılıq verməsi göstərilir.  (jam.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=6752

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

May 2025
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031