Azərbaycanın İsraillə əməkdaşlığı məxfi səciyyə daşıyır

01.05.2014 - 15:48

Azərbaycanın İsraillə əməkdaşlığı məxfi səciyyə daşıyır “Azərbaycan hakimiyyətinin İsraillə əməkdaşlığı az qala məxfi formadadır”.   Bu sözləri “Axar.az”a açıqlamasında politoloq Ərəstun Oruclu deyib. Dünyanın düşüncə sahiblərindən və peşəkar diplomatlarından sayılan İsrail Xarici İşlər naziri Libermanın Azərbaycana 5 günlük səfərinə toxunan Ə.Oruclu bildirib ki, Azərbaycanla İsrail arasında çoxsaylı sənədlərin imzalanması mümkündür:   “Biz bu sazişlər haqqında xəbər tutmaya bilərik. Bizim İsraillə əməkdaşlığımızda nələrinsə açıqlanmaması artıq normal qarşılanmağa başlayıb. Məsələn, illər keçəndən sonra biz bildik ki, Azərbaycan İsraillə silah almaq haqqında müqavilə imzalayıb. Ona görə də Liberman kimi siyasətçinin Azərbaycana genişmiqyaslı səfərini detallı şərh etmək çətindir. Azərbaycanın İsraillə münasibətləri kifayət qədər spesifikdir. Burada diplomatik və siyasi məxfilik qorunur. Təsəvvür edin ki, Liberman Azərbaycanda özünü evindəki kimi hiss etdiyini deyir, ancaq bizim İsraildə səfirliyimiz hələ də açılmayıb”.   Politoloq Libermanın rəsmi Bakının İsrailə qarşı mövqeyini bir daha dəqiqləşdirməyə çalışacağını deyib:   “Azərbaycan Prezidentinin İrana səfəri ilə Libermanın buraya gəlişinin əlaqəsi ola bilər. Çünki Azərbaycan indi öz xarici siyasətinə bir qədər aydınlıq gətirməyə çalışır. İran səfərinin İsrailin müəyyən dairələrində narahatlıq yaratdığı hiss olunur. Libermanı ikitərəfli əlaqələrin inkişafında qarşılıqlı maraqların təminatı baxımından heç bir narahatlıq yaşanmadığına əmin olmaq istəyir. Etiraf edək ki, Azərbaycana daha çox töhfə verən İsraildir, amma İsrail Azərbaycanın qonşuları ilə, xüsusən, İranla münasibətlərini yüksək səviyyəyə qaldırmaqda pozitiv rol oynamır”.  

Short URL: http://www.cumhuriyyet.net/?p=6753

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930