Ukrayna Rusiyanı Haaqa məhkəməsinə verir

01.05.2014 - 16:11

Ukrayna Rusiyanı Haaqa məhkəməsinə verir

Buna səbəb kimi isə Krımın Rusiya Federasiyasına birləşdirilməsi göstərilir. İddia ərizəsinin hazırlanmasında avropalı hüquqşunaslar və amerikalı ekspertlər iştirak edirlər
Ukrayna Rusiya hökumətindən Haqanın Beynəlxalq Cinayət Məcəlləsi məhkəməsinə iddia ilə müraciət edir. 
Səbəb kimi isə Krımın Rusiya Federasiyasına birləşdirilməsi göstərilir. İddia ərizəsinin hazırlanmasında avropalı hüquqşunaslar və amerikalı ekspertlər iştirak edirlər. 
Bu barədə Ukrayna prezidentliyinə namizəd Pyotr Proşenko ölkə televiziyasıvasitəsilə bəyanat verib. 
O qeyd edib ki, iddia Stokholm arbitraj məhkəməsinə göndəriləcək. Məlum olduğu kimi, 2013-cü ilin noyabrında Ukraynanın Nazirlər Kabineti ölkənin Avropaya inteqrasiyasını dayandırmaq qərarına gələndən sonra, “Avromeydanda” etiraz aaksiyaları başlandı. 
Bu hadisələrin sonu kimi, Rusiya öz maraqları baxımından Ukraynada pozuculuq hərəkətləri təşkil edərək, Ukraynada özünün rusmeyilli qüvvələrini formalaşdırdı. Son nəticə olaraq Krımı zəbt etdi. Ukraynaın bir çox irimiqyaslı şəhərlərində də rusiyameyilli qüvvələrin təşkil etdiyi dağıntılar və hakimiyyəti zəbt etmək halları davam etməkdədir.

Short URL: http://www.cumhuriyyet.net/?p=6754

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930