Azərbaycaın seçimi necə olacaq…
Razi Nurullayev: “Azərbaycanda nurçuların qorunması istiqamətində İsrail müəyyən addımlar ata bilər”
İsrailin xarici işlər naziri Aviqdor
Libermanın Azərbaycana bu dəfəki səfəri əvvəlkilərdən bir qədər
fərqlənir. Səfəri fərqli edən onun təsadüf etdiyi vaxtdır. Belə ki,
Libermanın Bakıya gəlişindən bir qədər əvvəl ölkə başçısı İlham Əliyev
İrana getdi və bu ölkədə bir sıra mesajlar aldı. İran rəhbərliyi iki
ölkə arasında normal münasibətlərin qurulması üçün rəsmi Bakıda İsraillə
əlaqələri kəsməyi tələb edir. Bu isə İsrailin neftə olan təlabatının 40
faizini ödəyən, bu ölkədə külli miqdarda silah alan Azərbaycanın
maraqlarına cavab vermir. Eyni zamanda İranla münasibətlərin gərgin
qalması rəsmi Bakı üçün problemlər yaradır.
İsrail mətbuatı da XİN başçısının səfəri zamanı əsas müzakirə mövzusunun iran olduğunu yazır.
Libermanın səfəri eyni zamanda Türkiyə baş naziri Ərdoğanın səfərindən sonraya təsadüf edib.
Bəzi ehtimallara görə, Libermanın Ərdoğanın Əliyevə təqdim etdiyi
nurçu siyahısında yer alan şəxslərin hər hansı problemlə üzləşməməsini
istəyəcək. Bu isə rəsmi Bakının Türkiyə hökuməti qarşısında çətin duruma
sala bilər.
Bu halda hakimiyyət tərəflərdən biri ilə yenidən problemə yaşamamaq üçün yaranmış vəziyyətdə necə çıxacaq?
Politoloq Razi Nurullayev İran-Azərbaycan münasibətlərindəki
gərginliyin İsraili qane etdiyini deyir. Lakin indi cənub qonşu ilə
münasibətlərin yeni mərhələyə daxil olması Tel-Əvivi narahat edir.
Libermanın səfəri zamanı İran məsələsinin əsas müzakirə mövzusu olması
da bunu göstərir.
Ekspertin fikrincə, hakimiyyəi İranla münasibtlərin yaxşılığa doğru
dəyişməsinin İsrailə təhlükə yaratmayacağına Libermanı əmin edəcək.
Rəsmi Bakı özü də bunda maraqlı olmaz. Çünki Azərbaycan hakimiyyətinin
beynəlxalq aləmdə müdafiə olunmasında, insan hüquqları və demokratiya
sahəsində tənqidlərin kəsərinin azaldılmasında İsrailin ciddi təsirləri
var. Bu baxımdan Azərbaycan-İran münasibətlərinin yaxşılaşdırılması
İsraillə əlaqələrin kəskinləşməsinə gətirib çıxarmayacaq.
Ekspert Ərdoğanın səfəri zamanı təqdim olunan nurçu siyahısının da
İsrailin diqqətində olduğunu deyir. Lakin İsrail XİN başçısının
Azərbaycan-Türkiyə münasibətlərini açıq şəkildə müzakirə edəcəyi
gözlənilən deyil. Baxmayaraq ki, Türkiyədə siyasi stabillik, Ərdoğanın
daha çox hakimiyyətdə qalması İsraili narahat edən məsələdir. İsrail
anlayır ki, Azərbaycan Türkiyənin əleyhinə addım ata bilməz. Ancaq hər
bir halda Azərbaycanda nurçuların qorunması istiqamətində İsrail müəyyən
addımlar ata bilər.
Azadliq.info
Short URL: http://www.cumhuriyyet.net/?p=6755