Şəmsəddin Xanbabayevdən 3 milyon manatlıq yeyinti

01.05.2014 - 19:11

İcra başçısının bu əməli
yuxarılarda qəzəbə səbəb olub

 

 

 

Xaçmazda
vəziyyət heç də yaxşı deyil. Rayonda baş qaldırmış sosial narazılıq ən pik həddədir.
İrnsanlar dolanışıq üçün üz tutduqları yerlərdə üzləşdikləri problemlərlə
yanaşı, həm də məmur özbaşınalıqlarından ciddi əziyyət çəkirlər. Rayondakı
qaynaqlardan verilən məlumata görə, istefasını gözləyən Xaçmazın icra başçısı Şəmsəddin
Xanbabayevin isə başı pul qazanmağa qarışıb. Rayonun yarısını özünküləşdirən və
bir o qədərini də müavinləri arasında bölüşdürən icra başçısı bununla kifayətlənməyib,
büdcənin də axırına çıxmağa çalışır. Əldə etdiyimiz məlumatlara görə, təkcə ötən
il Xaçmaz Rayon İcra Hakimiyyətinə ayrılmış 3 milyon manatın nəyə sərf olunduğu
bəlli deyil. Hərçənd kağız üzərində pulların hara xərcləndiyi qeyd olunub. Amma
real həyatda bunların tərs mütənasibliyi yetərli qədər şübhələrə yol açır. Əlbəttə
bəzi işlər var ki, onlar həqiqətən də həyata keçirilib. Məsələn, Şəmsəddin
Xanbabayev “Auto Azərbaycan”dan özü üçün “Volsvagen” markalı maşın
alıb və ona 18000 manat xərcləyib. Amma tikinti işlərinin satın alınması üçün
ayrılmış üst-üstğə 65 min manatın isə aqibətini onun özündən başqa kimsə bilmir.
Məlumatlarda bu silmə olaylarının sayının çox olduğu göstərilir. Onların
sırasında avadanlıqların satın alınması adı altında 14400 manat, digər maşın və
avadanlıqların satın alınması adı altında 43390 manat, inventarların satın
alınması adı altında 38400 manat, idarənin digər xərclər maddəsi üzrə malların
(işlərin və xidmətlərin) satın alınması adı altında 11500 manat, digər maşın və
avadanlıqların satın alınması adı altında 8640 manatın yeyintiyə məruz
qaldığını rayonda bilməyən yoxdur.
Qeyd edək ki, bütün bunlar kiçik rəqəmlərdir. Əsas pullar isə 3 işdən əldə
edilib. Onlardan biri Xaçmaz rayon İcra Hakimiyyətinin sifarişi ilə mənzil
fondunun əsaslı təmir işlərinin həyata keçirilməsindən ibarət olub. “Maddi
Texniki Təchizat-3” MMC tərəfindən həyata keçirilməli olan bu işlərə büdcədən
214500 manat pul ayrılıb. Amma nə mənzil fondları əsaslı təmir olunub, nə də
buna həvəsləri var. Heç ortada pul da yoxdur.
İkinci böyük iş isə yolların əsaslı təmir ilə bağlıdır. 1,1 manatlıq işləri həyata
keçirən zaman yolların vəziyyətinin nə halda olduğunu bilmək elə də çətin
deyil. Bircə dəfə maşın sürdükdə durumun dəhşətli səviyyədə kritik olduğu diqqəti
çəkir.
Rayonda həyata keçirilmiş abadlıq işlərinə də “söz ola bilməz”. Çünki Şəmsəddin
Xanbabayevin “Maddi Texniki Təchizat-3” MMC ilə birlikdə 1 milyon
manatlıq işləri bərbad haldadır. İddialara görə, icra başçısı bu pulların 50
faizini nağd şəkildə özünə götürüb.
Xaçmazdakı vəziyyət təbii ki, bunlardan ibarət deyil. Həmçinin digər məsələlər
də baş verir ki, zaman içində onlarla bağlı məlumat verəcəyik.

 

Short URL: http://www.cumhuriyyet.net/?p=6758

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930