Şamaxıdan prezidentə şikayət
“Şamaxı rayon icra hakimiyyətinin başçısı Asif Ağayev və rayon icra
hakimiyyətinin başçısı Qasım Qasımovun əməlləri biz şamaxılıları boğaza
yığıb. Sanki padşah-vəzirdirlər. Biri əmr edir, digəri də möhürləyir.
Şamaxıda yıxmadıqları ev qalmayıb”. Bu sözlər dia.az-a ünvanlanan bir
qrup Şamaxı sakininin və ağsaqqalının müraciətindəndir.
Müraciət müəllifləri redaksiyamızın elektron ünvanına yolladıqları
məktublarında icra başçısının və müavininin ünvanına sərt ittihamlar və
ifadələr də səsləndiriblər. Biz isə redaksiya olaraq bu fikirləri
ictimailəşdirmirik, sadəcə olaraq problemin mahiyyətini çatdırırıq.
Şikayətçilər bildirir ki, Asif Ağayev icra başçısı təyin olunan
gündən rayonda yeni xanədan qurulub: “Bu xanədana Qasım Qasımov başçılıq
edir. Artıq 20-yə yaxın şamaxılı sahibkarın təsərrüfatı dağıdılıb.
Səbəbsə Qasım Qasımovun həmin təsərrüfatların sahiblərindən istədiyi
pulu ala bilməməsidir.
Bu gün Şamaxıda böyük nazirlərin də torpaq sahələri, təsərrüfatları
var. Təbii ki, bundan istifadə edən Qasım Qasımov və başçının özü çörəyi
əkin-biçindən çıxan yerli şamaxılıları incitməklə sərvət əldə edirlər.
Onlar da yaxşı bilirlər ki, həmin iri məmurlara şərait yaratdıqlarına
görə, “yuxarılar” bütün əməllərinə susacaq, göz yumacaq”.
Bildirək ki, Şamaxı sakinləri prezidentdən Asif Ağayevlə və Qasım
Qasımovla bağlı tədbir görməsini də xahiş edirlər: “Cənab prezidentdən
xahişmiz odur ki, bu gün Şamaxıda şamaxılıların özlərinə əkin-biçin üçün
şəraitin yaradılmasına yardım etsin”.
Bütün maraqlı tərəfləri də dinləməyə hazırıq…
Short URL: http://www.cumhuriyyet.net/?p=6761