İmişlidə “Gül Bayramı” üçün pul yığmağa başlayıblar
İcra Hakimiyyətinin göstərişinə əsasən büdcə təşkilatlarında çalışanlardan 5-10 manat tələb olunur

10-u keçmiş prezident Heydər Əliyevin ad günü ilə əlaqədar İmişli
rayonunda bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə
keçiriləcək tədbirlərin sırasında yerli və xaricdən gətirilmiş güllərin
də nümayiş etdiriləcəyi gözlənilir.
Amma
bütün bu işlərin hamısının xərci yenə də büdcədən maliyyələşən
təşkilatların üzərinə qoyulub. İmişli rayon İcra Hakimiyyətinin rəsmilərinin göstərişinə əsasən
təhsildən tutmuş, suvarma idarəsinə qədər hamısı öz “çəkiləri”nə uyğun
pul verməlidirlər. Elə bu səbəbdəndir ki, rayonda artıq müəllimlərdən 5
manat, ayrı-ayrı idarə və müəssisələrdə çalışanlardan isə 10 manatdan
pul toplanılmasına başlanılıb.
Məlumatda
o da deyilir ki, İmişlinin icra başçısı Vilyam Hacıyev prosesə şəxsən
nəzarət edir. İddia olunur ki, o çəkilən xərclərin hamısının yığılma pul
hesabına bağlamaq fikrindədir.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Short URL: http://www.cumhuriyyet.net/?p=6764