İki məktəb direktoru qovuldu

01.05.2014 - 20:08

Digər rayonlarda bu problemlə bağlı aparılan araşdırmaların nəticələri açıqlanacaq
Təhsil Nazirliyinə daxil olan şikayət və müraciətlər araşdırıldıqdan sonra bir neçə məktəb direktoru vəzifəsindən azad edilib.

Bu barədə Təhsil Nazirliyində keçirilən
mətbuat konfransında QHT-lə və KİV-lə iş üzrə sektor müdiri Cəsarət
Valehov deyib. O bildirib ki, müəllimlərin dərs planının düzgün tərtib
olunmamasına görə, Siyəzən rayon təhsil şöbəsinin müdirinə, böyük
məsləhətçisinə və metodistinə töhmət verilib. Bundan başqa Tərtər rayon
Evoğlu kənd məktəbinin direktoru tutduğu vəzifədən azad olunub. Buna
səbəb məktəbdə 9-11ci sinif şagirdlərinin davamiyyəti aşağı olsa da bu
barədə jurnallarda qeydiyat aparılmamasıdır. Həmçinin Laçının Ağgöl kənd
məktəbinin direktoru da müəllimlərin dərs planının düzgün tərtib
olunmamasında və sinif jurnallarında səhvlərə yol verdiyinə, işə
səhlənkar yanaşdığına görə işdən azad olunub.
C. Valehov qeyd edib ki, rayonlarda şagirdləri məktəbə davamiyyətində
şikayətlərlə bağlı araşdırma aparılır, işçi qrupu yaradılır. Digər
rayonlarda bu problemlə bağlı aparılan araşdırmaların nəticələri
açıqlanacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=6765

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930