ABŞ senatorları Rusiyaya qarşı daha sərt cəza layihəsi hazırlayıb
edir. Onların hazırladığı qanun layihəsi Rusiyanın aparıcı banklarını,
enerji şirkətlərini və silah istehsalçılarını sanksiyalar siyahısına
salır.
Senatorların cəzalandırmaq istədiyi qurumlar bunlardır:
dövlətin olan Qazprom və Rosneft, dövlət silah istehsalçısı
Rosoboroneksport və banklar – Sberbank, VTB, VEB və Qazprombank.
Qanun layihəsi ABŞ hökumətindən tələb edir ki, ABŞ və NATO Baltik ölkələrinə və Polşaya hərbi yardımı “əhəmiyyətli artırsın”.
Layihədə ABŞ prezidentinə səlahiyyət verilir ki, Ukraynaya 100 milyon dollar məbləğində birbaşa hərbi yardım etsin.
Senatorlar belə bir qanun layihəsi hazırlamalarını ABŞ hökumətinin Rusiya aqressiyasına zəif cavab verməsi ilə izah edirlər.
Bu
qanunun qəbul olunma ehtimalına gəldikdə, Senatdakı demokrat
rəhbərliyi qanun layihəsini “məsuliyyətsiz” adlandırıb. Demokratlar
hesab edirlər ki, böhran olanda ikitərəfli qaydada hazırlanan müsbət
qanun layihələri təcrübəsi var, respublikaçılar isə birtərəfli qaydada
qanun layihəsi hazırlayıblar.
Hökumət isə yeni qanun layihəsinə
münasibətdə öz yanaşmasını müdafiə edib: Rusiya vəziyyəti
qızışdırdıqca, hökumət də sanksiyaları artıracaq
Short URL: http://www.cumhuriyyet.net/?p=6770