Ya Ziya Məmmədov “Azəryolservis” ASC-ni qazanacaq…

02.05.2014 - 10:36

Ya Ziya Məmmədov "Azəryolservis" ASC-ni qazanacaq…Ya Ziya Məmmədov “Azəryolservis” ASC-ni qazanacaq…

 Ya Ziya Məmmədov "Azəryolservis" ASC-ni qazanacaq…ya da batan günəşini seyr edəcək
Son zamanlar yüksək çinli məmurlar arasında kompramat savaş pik həddinə çatmaqdadır. Diqqət çəkən məsələrdən biri isə nəqliyyat naziri Ziya Məmmədova və onun yaxınlarına qarşı ciddi komprmatların ortaya çıxmasıdır.
Qarşılıqlı olaraq Məmmədovlar klanı da öz nəzarətlərində olan mətbu orqanlardan bir çox məmurlara qarşı açıq və yaylım “atəşlərin” açmaqdadırlar.
Son günlər isə nəqliyyat şefinin oğlunun kurasiyasında olan bir çox saytlarda  Nəqliyyat Nazirliyinin tabeçiliyndə olan Azəryolservis ASC -nin prezidenti Cavid Qurbanov və ona yaxınlığı ilə seçilən bir çox şəxslər barədə kompramat yazılar dərc olunur. Həmin yazılardan da açıq-aydın görünür ki, Ziya Məmmədovla Cavid Qurbanov arasında açıq savaş gedir. Hətta srağagün Ziya Məmmədovun birbaşa kurasiyasında olan saytlardan biri Cavid Qurbanova aid olan restoranı, ona yaxın olan bir şəxsin mülki kimi təqdim edərək savaş meydanını daha da genişləndirdi.
Qeyd edək ki, nəqliyyat naziri ilə “Azəryolservis” ASC rəhbəri arasında gərginlik yaşanması və Cavid Qurbanovun Azəryolservis ASC-ni Nəqliyyat Nazirliyinin tabeçiliyndən çıxarmağa çalışması haqqında məlumatları ilk olaraq PİA.AZ saytı yayıb. Hazırda isə mübarizə açıq müstəviyə keçib və bu mübarizədən kimin qalib çıxacağını hələ ki, təxmin etmək mümkün deyil.
Bir zamanlar dost olan vəböyük korrupsiya layihələrini birlikdə həyata keçirən iki oliqarxın apardığı ölümünə savaş barədə PİA.AZ-a yeni ilginc məlumatlar daxil olub. Daxil olan məlumatlara əsasən Ziya Məmmədov Cavid Qurbanovu sıradan çıxarmaqda qərarlıdır. Çünki son zamanlar Nəqliyyat nazirinin nəzarəti altında olan bir çox gəlirli sahələr, o cümlədən şəhər nəqliyyatının idarəsi, həmçinin küçələrdə fəaliyyət göstərən pullu dayanacaqlar Ziya Məmmədovun nəzarətindən alınıb. Qeyri rəsmi məlumatlara əsasən Ziya Məmmədovun briqadirləri hər gün Bakı küçələrindəki pullu avtomobil dayanacaqlarından 200-300 min manat arasında vəsait toplayırdılar. Həmin vəsait vergidən kənar bir başa nəqliyyat nazirin kassasına daxil olurdu. Şəhər marşurutlarının qeyri-rəsmi gündəlik dövriyəsinin isə yüz min manatlarla ölçüldüyü bildirilirdi.
Hazırda bütün bu yağlı tikələri əlindən çıxaran Ziya Məmmədov son yağlı tikəsini, “Azəryolservis” ASC-ni əlindən çıxarmamaqda qərarlıdır. Belə ki, “Azəryolservis” ASC bu gün dövlətdən ən çox vəsait ayrılan qurumlardan biridir. Hər yerdə çəkilən yeni və təmir olunan yollara milyardlarla manat vəsait sərf olunur. Həmin vəsaitlərin yarısından çoxu isə şişirdilmiş qiymətlər, həmçinin layihələrdən “yeyilmələr” vasitəsi ilə mənimsənilir. Hər il yolların təkcə təmir olunması adı altında 100 milyona yaxın vəsait mənimsənilir və təbii ki, Ziya Məmmədov bu sonuncu qalasını itirməklə sonunun başlayacağını hamıdan yaxşı bilir.
Daxil olan məlumatda gxöstərilir ki, faktiki olaraq “Azəryolservis” ASC-ni itirdiyi təqdirdə Ziya Məmmədov öz kabinetindən başqa Nəqliyyat Nazirliyndə heç bir şeyə sahib ola bilməyəcək. Çünki mövqeyləri hiss olunan dərəcədə zəifləyən nazirin əlindən Azərbaycan Dəmir Yolları QSC-ni də almağa çalışırlar. Əgər Ziya Məmmədov Cavid Qurbanova qalib gələrək “Azəryolservis” ASC-ni tam nəzarəti altına ala bilərsə, ölkədə söz sahibi olan nazirlərdən biri olaraq qaldığını hər kəsə sübut etmiş olacaq. Ona görə də Ziya Məmmədov bir tərəfdən öz qohumlarını “Azəryolservis” ASC-də yerləşdirir, digər tərəfdən isə Cavid Qurbanovu başından eləmək üçün bütün vasitələrdən yararlanır. Hətta Cavid Qurbanovun Bakı meri olması belə Ziya Məmmədovun əl qolunu açır. Çünki Cavid Qurbanov “Azəryolservis” ASC-nin rəhbərliyndən getdiyi zaman Nəqliyyt Nazirliyi içində Ziya Məmmədovun rəqibi qalmır və o, “Azəryolservis” ASC-nin təkbaşına sahibinə çevrilmiş olur.
Bildirilir ki, faktiki olaraq bu gün Nəqliyyat Nazirliyndə vəziyyət elədir ki, ya Ziya Məmmədov ən yaxın zamanda Cavid Qurbanovu “Azəryolservis” ASC-dən uzaqlaşdırmalı və bu yolla öz avtoritetini bərpa etməlidir, ya da batan günəşini seyr etməlidir. Elə bu üzdən də “Azəryolservis” ASC-ni qazanmaq nəqliyyat naziri üçün ölüm-dirim məsələsinə çevrilib.
(pia.az)

Short URL: http://www.cumhuriyyet.net/?p=6776

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930