Fətullah Gülənin Türkiyəyə ekstradisiya şərtləri açıqlandı

02.05.2014 - 10:53

Fətullah Gülənin Türkiyəyə ekstradisiya şərtləri açıqlandı

Ekstradisiya 1980-ci ildə Türkiyə ilə ABŞ arasında imzalanan müqaviləyə əsasən həyata keçirilə bilər
Fətullah Gülənin ABŞ-dan ekstradisya edilməsi yolları açıqlanıb. 
ANS PRESS-in məlumatına görə, Fətullah Gülən Türkiyənin sabiq prezidenti Kənan Evrenin ABŞ-la imzaladığı müqaviləyə əsasən öz ölkəsinə təhvil veriləcək. 
Qeyd edək ki, 1980-ci ildə Türkiyə ilə ABŞ arasında müqavilə imzalanıb. Müqavilədə qeyd olunub ki, ABŞ qanunlarına zidd hərəkət edən və müxtəlif qruplaşmalar yaradan şəxslər müxtəlif şərtlər daxilində öz ölkələrinə ekstradisiya edilə bilərlər.
Qeyd edək ki, Ankara Prokurorluğunda Fətullah Gülən barəsində istintaq başlanıb. 
Gülən barəsində Terrorla Mübarizə Qanunun 10-cu maddəsi ilə əlaqədar olaraq istintaqın başlanıldığı bildirilir. Verilən məlumata görə, Gülən və “paralel quruluş” adlanın qruplaşmanın üzvlərinin Türkiyə hökumətini devirmək təşəbbüsü ilə birlik yaratmaları haqqında məlumatlar da istintaq materiallarının içinə əlavə edilib. 
Xatırladaq ki, ötən Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğan Fətullah Gülənin qaytarılması üçün hüquqi prosesin başlayacağını söyləyib.
Baş nazir Ərdoğan bir jurnalistin Fəthullah Gülənin geri qaytarılması ilə əlaqədar hüquqi müddət başlayacaqmı sualına konkret cavab verib. Baş nazir bildirib ki, bəli hüquqi müddət başlayacaq.

Short URL: http://www.cumhuriyyet.net/?p=6779

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930