Dünyanın 10 ən güclü xakeri

02.05.2014 - 11:08


10) Conatan Ceyms
Tutularkən
yetkinliyə çatmamış yeganə xaker. Ceyms 16 yaşında ABŞ müdafiə
nazirliyinin kompüterlərindən birinə arxa qapı (backdoor) proqramı
yerləşdirib, NASA-nın komputerlərindən 1,7 milyon dollarlıq proqram
təminatı oğurlayıb. 10 il həbs cəzası alsa da, sonradan cəzası 6 aya
düşürülüb və azad edilib. Kompüterlərə toxunması qadağan olunub.
9) Tsutomu Şimomura

“Ağ
xakerlər” qrupuna daxildir. (Ağ xakerlər – hər cür proqramı, saytı,
komputeri, şifrələri qıra bilən, lakin bundan sonra zəiflikləri sahibinə
bildirərək, informasiyanın zərərli xakerlər qrupunun, məsələn, “qara
xakerlər”in əlinə keçməsinə mane olurlar. “Qara xakerlər” qrupu isə ələ
keçirdikləri məlumatları ya oğurlayır, ya da satırlar) Sıralamalarda
ondan da öndə olan Kevin Mitniki xak etməsindən sonra məşhurlaşıb.
Əslində Şimomura xeyli əvvəl ona qarşı eyni əməli törətmiş Mitnikdən
intiqam alıb, bunu ABŞ Federal Təhqiqat Bürosunun (FTB) yardımı ilə
gerçəkləşdirib. Hər cür telefonu modifikasiya etmək bacarığına sahibdir.

8) Riçard Stalman
Massaçusets
İnstitutunda “ağ xaker” kimi işləyən Stalman həm də dünyada məşhur olan
GNU layihəsinin yaradıcısıdır. İnstitutda işlədiyi dönəmdə oranın
şifrəli qoruma sistemini qırıb tələbələrə açması ilə məşhurlaşıb.
7) Linus Torvalds
Windows
sisteminin ən böyük rəqibi Linuksun yaradıcısı olan Torvalds öz
fəaliyyətinə Commodore VİC-20 ilə başlayıb. Etdiyi ən böyük xak məşhur
ev kompüteri Sinclair-in işlətmə sistemini dəyişdirib asanlaşdırması
olub. 1991-ci ildə Linuks sistemini yaratması ilə bütün dünyada tanınıb.

6) Tim Berners Li

“Ağ
xakerlər” qrupuna aid edilən bu şəxs də “Word Wide Web”-in yəni www
konseptinin banisidir. Tim universitet illərində xakerlik ittihamı ilə
cəza alıb, 3 il kompüterdən istifadə etməsi yasaqlanıb. O illərdə öz
kompüterini özü yaradan Li həm də “hypertext” sisteminin, yəni http-nin
istehsalçısıdır.
5) Stefan Vozniak
Apple
şirkətinin “Voz” ləqəbli idarəçisi. Gənclik illərində telefon
sistemlərini xak edən və pulsuz telefon danışıqları əldə etməyi bacaran
Stefan daha sonra Stiv Cobs ilə birgə Apple-ı yaradaraq bütün dünyada
məşhurlaşdı.
4) Robert Tappan Morris
O
dünyanın ilk “soxulcan” proqramı olan Morris soxulcanının
yaradıcısıdır. Morris bu proqramı yaratmaqla əslində internetin nə qədər
geniş olduğunu test etmək istədiyini desə də proqram çox sayda
kompüteri zədələyərək sıradan çıxarıb, bundan sonra Morris həbs olunub. 3
il həbsdə qaldıqdan sonra, 400 saat ictimai əməklə məşğul olub və on
min dollar cərimə ödəyib.
3) Kevin Poulsen

Gizli
adı Dante olan amerikalı Poulsenin ən böyük işlərindən biri LA radio
proqramının telefon xəttinə girərək özünə “Porşe” markalı avtomobil və
digər hədiyyələr qazandırması olub. Yaxalandıqdan sonra ona 5 il həbs
cəzası verilib. Cəzasını çəkdikdən sonra isə jurnalist olaraq işləməyə
başlayıb.
2) Kevin Mitnik

Mitnik
ABŞ tarixində ən çox axtarılan xaker olaraq tanınır. Haqqında iki film
çəkilib: “Freedom Downtime” və “Takedown”. Gördüyü ən məşhur işlər
telefon sistemlərini xak eləmək və Digital Equipment Corporation-ın
sisteminə girərək proqram oğurlamaqdır. Beş il həbs cəzasına məhkum
edilib, sonra isə 8 ay komüterə toxunması qadağan edilib. Cəzasını
çəkib, indi sərbəstdir.
1) Adrian Lamo

“Evsiz
xaker” ləqəbli Lamonun ən məşhur əməliyyatı “Nyu-York Tayms” qəzetinin
və Microsoftun sistemlərinə girmiş olmasıdır. Eyni zamanda Yahoo!, Bank
of America, Citigroup və Cingular sistemlərinə də girdiyi təxmin edilir.
Yaxalandıqdan sonra 65 min dollar cərimə verməyə, altı ay ev həbsinə və
2 il kompüterə toxunmama cəzasına məhkum edilib.

Short URL: http://www.cumhuriyyet.net/?p=6781

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930