Adam öldürən ağac tapıldı-FOTO

02.05.2014 - 12:01

Adam öldürən ağac tapıldı-FOTO

Manşinellə toxunan canlı bir müddətdən sonra dünyasını dəyişir 
Dünyanın ən zəhərli böcəyi, ilanı və heyvanı kimi məlumatlarla çox tanış olmuşuq. Amma indiyə qədər bir ağaca toxunduğunuzda sizi öldürə biləcək gücdə zəhərə malik olmasını yəqin ki, ilk dəfədir eşidirsiz. 
JAM.AZ xəbər verir ki, dünyanın ən zəhərli ağacı Manşineldir. Florida, Baham və Karib adalarında, habelə Orta və Cənubi Amerikada nadir hallarda rast gəlinən ağac növlərindədir. 
Aparılan araşdırmalar nəticəsində məlum olub ki, bu ağaca azca toxunan adamın dərisinin üzərində yanıqlar əmələ gəlməyə başlayır. Bədən zəhərə qarşı bir müddət müqavimət göstərsə də, sonradan bunun da faydası olmur. Və qısa müddət ərzində dərinin üzərində sulu qabarlar əmələ gəlməyə başlayır. 
JAM.AZ bildirir ki, əgər yağış zamanı bu ağacın altından keçərsəniz, o zaman həyatınız açıq şəkildə təhdid altına düşmüş olacaq. Ən dəhşətlisi isə bu ağacın meyvəsindən bilmədən yeməkdir. Yəni, əgər həmin meyvəyə bir diş vurub, udarsanız, bu artıq bir müddət sonra ölüm deməkdir. 

Short URL: http://www.cumhuriyyet.net/?p=6782

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930