Müsəlman ölkəsi atom dövlətinə çevrildi

02.05.2014 - 12:10

Müsəlman ölkəsi atom dövlətinə çevrildiSəudiyyə Ərəbistan faktiki olaraq atom bombasına sahib olub.   “Axar.az” Qərb mətbuatına istinadən xəbər verir ki, yeni raketləri Ərəbistan krallığına Pakistan satıb.   Mətbuat Səudiyyə Ərəbistanında keçirilən hərbi təlimlərin sonunda nüvə başlıqları daşımağa malik olan ballistik raketlərin nümayiş etdirildiyini bildirib. “Şərq küləyi” adlanan raketlərin idarəçiliyinə Pakistan hərbçiləri nəzarət ediblər. Beləliklə, Səudiyyə Ərəbistanı Pakistandan sonra nüvə silahına sahib olan ikinci müsəlman ölkəsinə çevrilib.   Qeyd edək ki, məhz Pakistanda da bir zamanlar nüvə proqramı Kral Feysalın maliyyəsi ilə həyata keçirilmişdi. Buna görə də onu indiyə qədər İslam nüvə bombasının atası hesab edirlər. Ərəbistanın maliyyəsi hesabına başa gələn layihə olduğu üçün o, Pakistandan istənilən vaxt nüvə bombası almaq ixtiyarına malik idi. Amma ABŞ-ın mövqeyi və bir sıra digər səbəblərə görə indiyə qədər buna cəhd edilməmişdi.  

Short URL: http://www.cumhuriyyet.net/?p=6783

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930