“Leyla Yunusa qarşı təzyiqlər dayandırılsın”

02.05.2014 - 12:20

“Leyla Yunusa qarşı təzyiqlər dayandırılsın”

“Azərbaycan hakimiyyəti qəddar taktikadan yararlanmaqla tanınmış insan haqları müdafiəçisini təhdid edir”. Bunu “Human Rights Watch” insan haqları təşkilatı hüquq müdafiəçisi Leyla Yunusa təzyiqlərlə bağlı mayın 2-də yaydığı bəyanatda bildirir. Qurum Azərbaycan hökumətini Leyla Yunus və həyat yoldaşı Arif Yunusa qarşı təzyiqləri dayandırmağa çağırır.
“Azərbaycanın beynəlxalq tərəfdaşları, özəlliklə Avropa Şurasının üzvləri aydın şəkildə bildirməlidir ki, insan haqları müdafiəçiləri, xüsusilə də Yunuslara davamlı təzyiqlər Azərbaycan hökuməti ilə münasibətlərə təsir göstərəcək”, – deyə bəyanatda bildirilir.
Bəyanatda deyilir ki, Fransa prezidenti Francois Olland mayın 11-12-də Bakıya səfər edəcək və onun Leyla Yunusla görüşü planlaşdırılır: “Olland Bakıda olarkən Yunuslarla görüşü təkidlə istəməlidir və aydın şəkildə bildirməlidir ki, onların və Mirqədirovun azadlığı Fransa-Azərbaycan münasibətləri üçün çox vacibdir”.
MÜNASİB OLMAYANLAR
“Human Rights Watch”un Avropa və Orta Asiya üzrə direktor müavini Raçel Denber deyir ki, Azərbaycan hakimiyyəti Leyla və Arif Yunusları ona “əngəl törədən” şəxslərdən sayır.
“Beynəlxalq nüfuzunu yaxşılaşdırmağa çalışan heç bir hökumətə insan haqları müdafiəçilərini hədəfə almağa icazə verilməməlidir. Mayın 15-də Azərbaycanın Avropa Şurasında sədrliyi başlayır. Qurumun baş katibi Törborn yaqland Yunuslara təzyiqlər və Mirqədirov, eləcə də son bir ildə təzyiqlərə məruz qalan mülki fəallar və jurnalistlərlə bağlı dərhal narahatlığını bildirməlidir. Hakimiyyətin Yunuslara göstərdiyi təpki çoxdan hədəfə aldığı bu iki şəxsi caynağına keçirməyə hazırlaşmasının əlamətidir. Hökumət geri çəkilməlidir, həm prezident Olland, həm də Avropa Şurası bunu açıq tələb etməlidir”, – deyə Denber bildirib..

Short URL: http://www.cumhuriyyet.net/?p=6785

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930