Tələbə və valideynlərin qarşılaşdıqları problemlərin həllinə kömək göstərilib

23.06.2016 - 14:30

rrDemokratiyanın İnkişafı Problemləri Mərkəzi İctimai Birliyi bu gün “Təhsil islahatlarına dəstək məqsədilə tələbə və valideynlər arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində tədbir keçirib. Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə baş tutub.
Tədbirdə çıxış edən İctimai Birliyin sədri Mütəllim Rəhimov bildirib ki, təhsil sistemində aparılan islahatlar bəzi hallarda, xüsusilə də özəl ali məktəblərdə tələbələrə və valideynlərə kifayət qədər izah edilmədiyindən onlar bu dəyişilmələrin mahiyyətini dərk edə bilmirlər. “Boloniya sisteminə qarşı münasibət isə bəzən belə bir yanlış fikir formalaşdırır ki, aparılan islahatlar təhsilalanların maraqlarını deyil, təhsil müəssisələrinin rəhbərlərinin mənafelərini qorumağa xidmət edir. Əslində isə belə deyil” – M.Rəhimov deyib.
Daha sonra çıxış edən Təhmasib Hüseynov isə deyib ki, Cəmiyyət Boloniya prosesi haqqında geniş bilgilərə malik olmadığından ali məktəblərdə bəzən çoxsaylı pozuntulara yol verilir və beləliklə, təhsilalanların hüquqları pozulur. O, eyni zamanda, diqqəti Boloniya sisteminin gətirdiyi üstünlüklərə yönəldib: “Ölkəmizdə bəzi özəl ali məktəblər Boloniya sisteminin gətirdiyi yenilikləri öz şəxsi maraqları prizmasından tətbiq edirlər ki, bu da bir çox hallarda prosesin həqiqi mahiyyətinə kölgə salır. Nəticədə tələbələrin təhsil hüquqları pozulur, onlar islahatların müsbət tərəflərindən bəhrələnə bilmir, əksinə islahatlar adı altında hüquqlarının pozulması halları ilə qarşılaşırlar. Bu da nəticə etibarilə onlarda islahatlara qarşı antipatiya yaradır, onları ruhdan salır, oxumağa, öyrənməyə marağını azaldır.” T.Hüseynov bu cür neqativ hallardan çıxış yollarının olduğunu qeyd edərək, onlardan bəziləri ilə bağlı konkret fikirlər də səsləndirdi.
Sonra tədbirdə iştirak edən tələbə və valideynlər qarşılaşdıqları problemlər haqqında danışdılar. Onlar təhsil haqqı, təhsil krediti, sərbəst işlərin yerinə yetirilməsi, semestr ərzində fənn üzrə toplanılan ballarla bağlı qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün qanuni variantların mövcud olub-olmaması ilə maraqlandılar və bununla bağlı ekspertlərə suallar verdilər.
Sonda bir daha vurğulandı ki, Boloniya prosesinin həqiqi məzmun-mahiyyətini izah etmək, təhsil sistemində aparılan islahatların düzgün başa düşülməsini təmin etmək üçün sistemli iş aparılmalıdır.

Short URL: http://www.cumhuriyyet.net/?p=67882

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31