“Məktəblilərlə Milli Parklar ərazisində ətraf mühitin müşahidə edilərək, öyrənilməsi” layihəsi

23.06.2016 - 16:35

rrEko Aləm İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi “Məktəblilərlə Milli Parklar ərazisində ətraf mühitin müşahidə edilərək, öyrənilməsi” layihə işində nəzəedə tutulan və fəaliyyət planına uyğun olaraq 12 may 2016-cı il tarixində ilk tədbirini həyata keçirtmişdir. Bakı Türk Anadolu Lisesinin Orta Okulundan 6, 7, 8 – ci sinif öyrəncilərindən ibarət 26 nəfər uşaq, 2 nəfər öyrətmən, bir neçə QHT nümayəndəsi və Eko Aləm İctimai Birliyinin üzvlərindən ibarət “Təbiətin dostları” qrupu yaradılmış və Şirvan Milli Parkına səyahət təşkil edilmişdir. Eko Aləm İctimai Birliyi Şirvan Milli Parkına bu səfəri təşkil etmək üçün Ekalogiya Təbii Sərvətlər Naziri cənab H. Bağırova məktubla müraciət etmişdir. Tədbir onların razılığı və dəstəyi ilə həyata keçirilmişdir.
Parkın ərazisində Milli Parkın direktoru Elşən Məcidov uşaqları qarşılamış onları salamladıqdan sonra gərəkli məsləhətlərini vermişdir. Uşaqları Milli Parkın ərazisini gəzdirmək üçün onlara bələdçi təhkim etmişdir.
Bələdçi Hikmət Qəmbərov “Təbiətin dostları” adlı öyrəncilərdən ibarət qrupu Şirvan Milli Parkın fauna və florası ilə etmiş və olduqca maraqlı məlumatlar vermişdir. Uşaqlar Şirvan milli Parkında yaşayan ceyranları təbii yaşayış yerlərində müşayət etmək imkanı əldə etmiş, ətraf mühiti müşahidə edərək şəkillər çəkmişlər.
Uşaqlar Şirvan Milli Parkında olduqca zəngin biliklərlə dolu maraqlı bir gün keçirtmişlər. Keçirilən bu tədbirin manitorinqini aparmaq üçün Şura Katibliyin Məsləhətçisi xanım Gülsəba Ələsgərova da tədbirin işində iştirak etmişdir.
Bu səfərdə ümumilikdə 39 nəfər iştirak edib.

Eko Aləm İctimai Birliyinin sədri Sevil xanım Yüzbaşeva

Short URL: http://www.cumhuriyyet.net/?p=67884

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31