Sabirabadlı yeniyetmə-gənclər Şuranın dəstəyilə Qubaya səfər ediblər

23.06.2016 - 15:36

rr“Gənclərin Sosial Tərəfdaşlığı Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Yurdumun Gözəlliyi Gənclərin Gözü İlə!” layihəsini davam etdirir.
İctimai Birliyin mətbuat xidmətindən verilən məlumata görə, layihə çərçivəsində Sabirabad rayonundan olan aztəminatlı yeniyetmə və gənclər bu dəfə Quba rayonunda olublar.
İlk olaraq iştirakçılar Heydər Əliyev Mərkəzinə səfər ediblər. Onlar Mərkəzdəki eksponatlarla tanış olub, muzeyə tamaşa ediblər. Onları maraqlandıran suallarla muzey işçilərinə müraciət ediblər.
Sonra Quba Gənclər Mərkəzində olan qonaqlar orada gənclər üçün yaradılan şəraitlə yaxından tanış olublar, stolüstü oyunlar oynayıblar.
Quba soyqırımı məzarlığını ziyarət edən gənclər ermənilərin törətdikləri vəhşiliklər barədə bir daha məlumatlandırılıblar.
Qəçrəşdə yerləşən istirahət mərkəzinə səfər də iştirakçıların böyük marağına səbəb olub.
Qeyd edək ki, GSTM İB-nin həyata keçirdiyi “Yurdumun Gözəlliyi Gənclərin Gözü İlə!” layihəsinin başlıca məqsədi Sabirabad rayonundan olan aztəminatlı yeniyetmə və gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, onların milli-mənəvi dəyərlərimiz və tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.
Xatırladaq ki, layihə iştirakçılarının ilk səfəri paytaxt Bakıya olmuşdu.

Short URL: http://www.cumhuriyyet.net/?p=67886

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Mart 2025
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31