Masallının “boz kardinal”ı

02.05.2014 - 14:24

Masallının “boz kardinal”ı

Adəm Məhərrəmov icra başçısına məxsus bütün obyektləri qohumlarının adına sənədləşdirib
Azərbaycanda siyasi səhnədə boz kardinal missiyasını üzərinə götürən məmurların sayı elə də çox deyil. Amma bu prosesin rayonlara sirayət etməsi nadir hallarda rast gəlinən məsələdir. Necə ki, Masallı rayon İcra Hakimiyyəti bu sırada ilklər sırasındadır. 
JAM.AZ xəbər verir ki, Masallı İcra Hakimiyyətində Ərazi İdarəetmə Orqanları ilə İş üzrə şöbənin müdiri Adəm Məhərrəmov həmin ilklərdən biridir. Danışıq qabiliyyəti ümumiyyətlə, olmayan, vaxtıyla komsomolda işləməsinə rəğmən, bacarıqsızlığı ilə diqqəti çəkmiş bu şəxs icra başçısı Rafil Hüseynovun sayəsində rayonda mühüm postlardan birinə gətirilib. 
90-cı illərin sonlarına kimi kommunist ideologiyasının daşıyıcısı olan birinə ərazi idarəetməni həvalə etmək isə bir ayrı məsələdir. İndi isə keçək mətləbə…
Qeyd edək ki, Adəm Məhərrəmov Masallının “boz kardinal”ı statusuna malik olan məmurdur. İcra başçısı Rafil Hüseynovun bütün iqtisadi işlərini nəzarətinə almış bu adam qısa müddətdə geniş imkanlar sahibi də olub. Vaxtıyla rayonun Qarabağ küçəsi 24 ünvanında yaşayan keçmiş komsomol, İcra Hakimiyyətində işə düzəldikdən sonra Sərçuvar kəndində inşa etdirdiyi villasına təşrif aparmağa nail olub. 
Həddindən artıq eyş-işrət həvəskarı olan Adəm Məhərrəmovu tez-tez Miyənkü kəndindəki “Qamo” İstirahət Mərkəzində tapmaq olur. Vaxtıyla Qarabağ küçəsindəki evində başına gələn olaydan sonra belə heç bir nəticə çıxarmayan “boz kardinal” təbii ki, “dayısı”na güvənir. 
Rafil Hüseynovun bütün iqtisadi, yəni, gəlirli sahələrinə nəzarət edən Adəm Məhərrəmov demək olar ki, icra başçısının bütün obyektlərini öz adına keçirib. Bir qədər də ətraflı izəh etsək vəziyyət belədir ki, Rafil Hüseynov onunla razılaşıb və bütün obyektlərini onun və qohumlarının adına sənədləşdirib. Ki, sabah hər hansı bir problem çıxacağı təqdirdə bu obyektlərin onun olduğunu isbat etmək mümkün olmasın. 
Məsələn, “boz kardinal”ın keçmiş “Vahid Bank”ın binasını təmir etdirməsinə şəxsən nəzarət edir. Hərçənd bu obyekt bilavasitə icra başçısına məxsusdur. Və həmin təmir işləri də rayondakı idarə və müəssisələrdən aldığı pullar hesabına həyata keçirilir. 
Həmin bina ilə üz-üzə dəftərxana ləvazimatları satan mağaza da Rafil Hüseynovundur. Amma o, Adəmin qaynı Sakitin adına sənədləşdirilib. Bu mağazanın illik gəliri isə Bakıdakı orta səviyyəli marektin qazancından çoxdur. Çünki Masallının icra başçısının göstərişinə əsasən bütün idarə və müəssisələr dəftərxana ləvazimatlarına olan təlabatlarını məhz bu dükanın hesabına qarşılamalıdırlar. 
“Rahat” Çörək Zavodunun işlətməsi də Adəm Məhərrəmovdadır. İcra Hakimiyyətinin məsul işçisi, həmçinin icra başçısının digər obyektlərinə də nəzarət edir. Elə bu səbəbdən də əksəriyyət onu Masallının “boz kardinal”ı kimi qəbul edilir. 
Məsələ ilə əlaqədar JAM.AZ-ın əməkdaşları Adəm Məhərrəmovla əlaqə saxlayıblar. İlk zəngdə o, əlində işinin olduğunu və bu səbəbdən də suallara cavab verə bilməycəyini söylədi. JAM.AZ-ın ikinci zəngində isə İcra Hakimiyyətinin rəsmisi “Gedin nə bilirsiz yazın” deməklə kifayətlənib. 

Short URL: http://www.cumhuriyyet.net/?p=6791

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930