Putinin başına 100 milyon pul qoyuldu – Foto

02.05.2014 - 16:01

Putinin başına 100 milyon pul qoyuldu – FotoUkraynanın Dnepropetrovsk vilayətinin rəhbəliyi ətrafdakıları təəccübləndirməkdə davam edir. Belə ki, bu gün vilayət rəhbərinin müavini Boris Filatov yeni bəyanatla çıxış edərək, Rusiya prezidenti Vladimir Putinin fiziki məhvinə görə 100 milyon dollar vəsait ödəməyə hazır olduqlarını bildirib.   “Axar.az” xəbər verir ki, Filatov alternativ variant da təklif edərək, Rusiya dövlət başçısının fiziki məhvi alnmayacağı təqdirdə onun hakimiyyətdən getməsinə cəhd edənlərə də analoji civarda qonorar ödəməyə hazır olduğunu dilə gətirib.   Qubernator müavini Filatov isə fikrini belə əsaslandırıb ki, iki qardaş xalqın üz-üzə gəlməsinin, günahsız əsgər və zabitlərin gərginlik altında qalmasının təkcə bir günahkarı var – o da Vladimir Putindir.   Yeni təklifin şərtləri və tezisləri mayın 5-nə qədər bəyan ediləcək.   Qeyd edək ki, ilk bu tip addımlar vilayət qubernatoru İqor Kolomoyski tərəfindən atılmışdı. O, separatçıları və müxtəlif çaplı silahları təhvil verənlərə müəyyən miqdarda pul ödəyəcəyini demişdi. 

Putinin başına 100 milyon pul qoyuldu - Foto

Short URL: http://www.cumhuriyyet.net/?p=6794

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930