Bürclər

03.05.2014 - 01:28

QOÇ – Ulduzlar yeni və sevindirici hadisələrin iştirakçısına
çevriləcəyinizdən xəbər verir. Bu siyahıya işgüzar əlaqələr və
tanışlıqlar da aiddir. Amma riskdən uzaq olmalısınız.
BUДћA – Bir neçə amillə rastlaşacaqsınız ki, bu da saat 15-ə qədər
ovqatınızda mənfi çalarlar yaradacaq. Odur ki, maksimal səbr nümayiş
etdirməlisiniz. Bu gün çox pul xərcləməyin.
ƏKİZLƏR – Fəaliyyət sahəsində müəyyən irəliləyişlərə nail olmaq üçün ulduzlar
sizə şans yaradacaq. İkitərəfli sövdələşmələrin uğurlu olacağını nəzərə
alıb aktivliyinizi artırın.
XƏRÇƏNG
Saat 13-ə qədər vaxtınızı qalmaqalsız başa vura bilsəniz, sonrakı
müddətdə hər hansı problemləriniz olmayacaq. Şəxsi büdcənizi artırmaq
üçün münbit şəraitdən bəhrələnin.
ŞİR
Maliyyə məsələlərində çətinliyiniz olsa da, qarşılıqlı münasibətlər
zəminində işləriniz qaydasında gedəcək. Ailə-sevgi münasibətləri isə
daha romantik müstəviyə keçəcək.
QIZ
Maraqlı hadisələrin iştirakçısı olacaqsınız. Bu enerjini xeyirxah işlərə
yönəltməyə çalışın. Çünki indi savab qazanmaq qarşınızda bağlı qalan
qapıların açılmasına zəmin yaradacaq.
TƏRƏZİ – Göy qübbəsi şəxsi işlərinizdə böyük dönüş yaranacağından xəbər verir.
Perspektivlərinizi reallaşdırmağa can atın. Yalançı həmkarlarınızdan
uzaqlaşmağa çalışın.
ƏQRƏB – Yalnız saat
12-14 arası gərgin keçə bilər. Qalan saatlarda iştirakçısı olduğunuz
bütün proseslər zövqünüzlə vəhdət təşkil edəcək. Axşama yaxın
sevindirici xəbərlər eşidəcəksiniz.
OXATAN – Neçə müddətdən bəri ləng inkişaf edən maliyyə işləriniz bu gündən
başlayaraq qaydasına düşəcək. Bu istiqamətdə sizə kənardan da dəstək
olacaq. Axşam qonaq getməyə dəyər.
OДћLAQ – Günün əsas hissəsini maraqlı tərzdə başa vuracaqsınız. Amma yaxşı
olardı ki, nahardan sonra işə ara verib bir qədər dincələydiniz. Çünki
axşam saatlarında astral bədəniniz zəifləyə bilər.
SUTÖKƏN – Təəssüf ki, bu təqvim bürcünüz üçün hansısa uğur vəd etmir. Bu
səbəbdən də əsas diqqətinizi səhhət və mənzillə bağlı problemlərin
həllinə yönəltməlisiniz. Qeybət və yalandan uzaq olun. 
BALIQLAR – Sizə qarşı qərəzli çıxışlar gözlənilir. Əgər bədxah adamlarla
baş-başa gəlmək iqtidarında deyilsinizsə, onda belələrindən vaxtında
uzaqlaşın. İmkan olsa, nahardan sonra səfərə çıxın.

Short URL: http://www.cumhuriyyet.net/?p=6798

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930