Elşad İskəndərovun “vurulması”nın pərdə arxası

03.05.2014 - 01:33

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun vəzifəsindən azad olunması şok effekti yaratdı.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun vəzifəsindən azad olunması şok effekti yaratdı.
 
 
Elnur
Aslanovun yaxın dostu olan İskəndərovun Ərdoğanın “vurulması”nı
istədiyi şəxslərdən biri kimi xarakterizə edilirdi. Lakin Prezident
İlham Əliyevin E.İskəndərovu tutduğu vəzifədən azad etməsində başqa
faktorların da olduğu vurğulanır.
Elşad İskəndərov Azərbaycan üçün çox riskli planlar
üzərində işləyirmiş. İran və Səudiyyə Ərəbistanının xüsusi xidmət
orqanlarının başçıları ilə apardığı dialoqlarla sabiq komitə sədri bir
tərəfdən ərəb şiəliyini Azərbaycana gətirmək, digər tərəfdən də buna
qarşı çıxacaq farsları razı salmaq üçün “vəhhabi” kampaniyası yaratmaq
niyyətində imiş.
Sələf camaatının bütün başbilənlərini
məscidlərdən uzaqlaşdıraraq, təkfirçi və xəvariclərin gücləndirilməsinə
yaradılan şəraitin arxasında da bu plan yatırmış. Son iki ildə olduqca
gücləndirilən təkfirçi və xəvariclərin bir çoxunun Suriyaya gedişi üçün
şəraitin yaradılması, bu barədə gizli fətvalar əslində İskəndərovun
“çekist planı”nın tərkib hissəsi olub.
Sələfiləri
bu oyuna qatmaq və əsasən onların məscidlərinə gələn insanları
radikallığa dəvət etməklə və Suriyadan görüntüləri mediaya ötürməklə,
dövlətə “demək imkan olsa, bunlar Azərbaycanı Suriyaya çevirə bilər”
mesajını vermək planının icraçılarından biri də Əlixan Musayev olub.
Mədinə tələbələri adlandırılan sələfilərin öz aralarından qovduğu bu
şəxsi  Elşad İskəndərov öz planlarının icraçısına çevirib.
Məscidlərdə
insanları Suriyadakı “cihad”a dəvət edən və radikal fikirli dindarların
liderinə çevrilən Əlixan Musayevin Elşad İskəndərov tərəfindən Dini
Qurumlarla İş Üzrə Dövlət Komitəsinə mütəxəssis gətirilməsi isə bu şəxsi
qorumaq mahiyyəti daşıyıb. Yəni, Əlixan Musayevi həm də dövlətdən
qoruyan sabiq komitə sədri onun önünü açıb.
Elşad İskəndərovla
Əlixan Musayevi birləşdirən isə nə qədər qəribə də olsa, Mustafa
İslamoğlu olub. E.İskəndərov kimi etiqadlı şiə olan M.İslamoğlu bir neçə
il öncə Musayev vasitəsi ilə sələfilərin arasına girməyə cəhd edirdi. O
plana bu günlərdə azadlığa çıxan keçmiş “Texnikabank”ın Müşahidə
Şurasının sədri Samir Hüseynov da daxil idi. O plan fiaskoya uğrasa da,
Əlixan Musayevlə olan münasibət davam etdi və üzdə ikinci bunu təkzib
etsə də, əlaqələr kəsilmədi. İstanbulda qurulan münasibət Bakıda davam
edib və İskəndərov yaxın dostu, Türkiyədəki İran şəbəkəsinin başçısı
Səlahəddin Özgündüzün də tövsiyyəsi ilə İslamoğlu-Musayev ikilisindən
istifadəyə qərar verib.
Mənbəmizin iddiasına görə, əgər o plan
baş tutsaydı, Azərbaycan ikinci Suriyaya çevrilə və heç nədən xəbərsiz
dindarlar dövlətlə qan düşməni ola bilərdilər. Yəni, dövlətə qarşı
çıxacaq dindarların güdazına digər sələfilərə də ağır zərbə vurulacaqdı.
Bununla da dövlət İskəndərovun yaratdığı düşmən obrazı ilə mübarizə
aparacaqdı.
İskəndərovun başqa bir fiaskosu isə şiə liderləri ələ
almaq projesi olub. Belə ki, nüfuzlu din adamlarını öz ətrafına çəkmək
istəyən sabiq sədr bunun üçün dövlətin “kisəsinin ağzını açıb”. O, bu
proyekti təsdiq etdirmək istəyərkən, guya birilərinə ev, maşın verməklə
onları dövlətin yanına çəkəcəyini bildirib. Lakin dövlətin pulu havaya
sovrulsa da, nəzərdə tutulan din adamlarından heç birindən istənilən
nəticəni ala bilməyiblər. Əksinə həmin güclənən din adamları daha da
təhlükəli  xarakter almağa başlayıblar.
Son olaraq o da
vurğulanır ki, bir müddət öncə QMİ sədri Allahşükür Paşazadə əleyhinə
yayılan xəbərlərin də qaynağının sabiq sədr olduğu üzə çıxıb. Belə ki,
həmin məlumatların Səudiyyə Ərəbistanının sabiq kəşfiyyat naziri Bəndər
ibn Abdulaziz tərəfindən İskəndərova verildiyi və onun mediaya ötürdüyü
ehtimal olunur.
Mövzuya qayıdacağıq.

Short URL: http://www.cumhuriyyet.net/?p=6799

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930