İcra başçısının müavini ilə bağlı şok faktlar

03.05.2014 - 10:18

İcra başçısının müavini ilə bağlı şok faktlar

Ağcəbədinin icra başçısı Şahin Məmmədovun birinci müavini Rövşən Əhmədov barədə redaksiyamıza maraqlı məlumatlar daxil olub. Məlumatlar Rövşən Əhmədovun birinci müavin postuna yüksəlməsinin maraqlı tarixçəsindən ibarətdir. Bildirilir ki, Rövşən Əhmədov 2006-cı ilə qədər sürücü olub.
Şahin Məmmədov icra başçısı olandan sonra isə Əhmədovun ulduzu parlayıb. Icra başçısı əvvəlcə onu “JEK” rəisi təyin edib. Rövşən Əhmədovun “bacarığı” bir müddət sonra onun vəzifəsinin artmasına səbəb olub. Məlumata görə, Şahin Məmmədov əvvəlcə onu Mənzil Kommunal Təsərrüfat Birliyinə rəis, daha sonra isə Ağcabədi şəhərinin icra nümayəndəsi təyin edib. Bir müddət sonra Rövşən Əhmədov başçının birinci müavini vəzifəsinə təyinat alıb.
Rövşən Əhmədovla qalmaqallı olaylardan biri də onun hərbi xidmətdən yayınması ilə bağlı arayışdır. Hələ bir neçə il əvvəl sahibkar Teyyub Eminov Rövşən Əhmədovun qanunsuz əməllərilə bağlı mətbuat konfransı keçirmişdi. Həmin vaxt sahibkar media nümayəndələrinə bir sənəd nümayiş etdirmişdi. 
Hərbi komissarlığa təqdim edilən həmin sənəddə yazılıb ki, Rövşən Əhmədov psixi çatışmazlığı olduğuna görə hərbi xidmətə yararlı deyil.
Ekspertlər psixi çatışmazlığı olan bir şəxsin dövlət strukturunda yüksək vəzifə tutmasını anormal hesab edirlər.  Bu iddialarla bağlı Rövşən Əhmədovun da mövqeyini öyrənməyə çalışdıq. Lakin əlaqə telefonuna zəng vurmağımıza baxmayaraq  Rövşən Əhmədovla danışmaq mümkün olmayıb.
 (azadliq.info)
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=6802

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930