Elşad İsgəndərov “vuruldu”

03.05.2014 - 10:34

Elşad İsgəndərov "vuruldu"Elşad İsgəndərov “vuruldu”

Elşad İsgəndərov "vuruldu"Komitə sədrinin nurçularla əlaqəyə görə işdən çıxarıldığı bildirilir
Əli Həsənovun qəzeti Rövnəq Abdullayevin nəzarətində olan şirkəti terror təşkilatı adlandırdı
Ölkə başçısı Ilham Əliyevin sərəncamı ilə Dini Qurumlarla Iş üzrə Dövlət Komitəsinin sədri Elşad Isgəndərov tutduğu vəzifədən azad olunub. Elşad Isgəndərov işdən çıxarılması ilə bağlı “Qafqazinfo”ya bunları deyib: “Cənab prezidentin qərərları müzakirə olunmur, icra olunur. Sadəcə onu qeyd edə bilərəm ki, hansı vəzifədə olmuşamsa həmişə prezident Ilham Əliyevin siyasi kursunun əsgəri olmuşam və olacağam da. Və bu kursa əlimdə olan bütün imkanlarla xidmət edəcəyəm”.
Elşad Isgəndərovun adı nurçularla əlaqədə hallanırdı. Hətta belə iddialar var idi ki, Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın Bakıya səfərində Ilham Əliyevə təqdim etdiyi siyahıda Elşad Isgəndərovun adı ikinci olub. 
Bu baxımdan onun işdən çıxarılması məhz “nurçu məsələsi”lə əlaqələndirilir.  Bu arada hakimiyyətyönlü “Olaylar” qəzetində nurçular barədə növbəti yazı dərc edilib. Bu yazıda əsas diqqət “Çağ Öyrətim” Işlətmələrinə yönəlib. Qəzet nurçulara yaxın olan bu təhsil mərkəzini “silahsız terror təşkilatı” adlandırıb.
Yazıdan bəzi hissələri təqdim edirik: “Azərbaycan cəmiyyətinə də ən çox nurçu və gülənçi ixrac edən də “Çağ” Öyrətimin və birbaşa Fətullah Gülənin tabeliyində olan məktəblər, lisey, eyni zamanda hazırlıq kurslarıdı… 
…Fətullah Gülənin qurumun qarşısına qoyduğu əsas vəzifə mümkün qədər Azərbaycandakı təhsil müəssisələrinin sayını artırmaq, dövlət içərisinə sızmaqdır. Gülənçi məktəblərini bitirən tələbələr qurum vasitəsilə dövlət daxilində müəyyən vəzifələr tutmaq üçün irəli çəkilirlər. Qafqaz Universitetini bitirən məzunların rahatlıqla iş tapmasının əsl səbəbi onlarla əvvəlcədən “Gülən camaatı”na sədaqət və itaət sazişinin imzalanmasıdır. Universitetin yalnız nurçu və gülənçi məzunları işlə təmin olunurlar. 
“Çağ” Azərbaycandakı təhsil müəssisələrindən əldə etdiyi gəlirlərdən bir sıra dövlət məmurlarını da öz tərəfinə çəkmək üçün istifadə edir. Aralarında millət vəkillərinin də olduğu bəzi dövlət məmurları üçün “Çağ Öyrətim” Işlətmələri əsas maliyyə qaynağıdır. Bir sözlə, Azərbaycan cəmiyyəti üçün təhlükəli olan “Çağ Öyrətim”in fəaliyyətinə son qoyulmalı, tabeliyində olan təhsil müəssisələri nəzarətə götürülməlidir. Belə bir addımın atılması Azərbaycanın təhlükəsizliyi üçün əhəmiyyətlidir.
Qeyd edək ki, “Çağ Öyrətim” dövlət neft şirkətinin nəzarətinə verilib. Yeri gəlmişkən, dövlət neft şirkətinin prezideti Rövnəq Abdullayevin də adı nurçularla əlaqədə hallanır. “Olaylar” qəzeti isə hakimiyyətdə daha çox Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova yaxınlığı ilə seçilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=6807

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930