Abbas Abbasov “beşinci kolon”un nümayəndəsidir

03.05.2014 - 10:49

Abbas Abbasov “beşinci kolon”un nümayəndəsidir“Necə oldu ki, bir zamanlar siyasətə qarışmadıqlarını deyən oliqarxlar bir günün içərisində birləşdilər?”   Bu sözləri “Axar.az”a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.   O, Abbas Abbasovun “beşinci kolon”un nümayəndəsi olduğunu bildirib:   “Bu adam “Milyarderlər İttifaqı”nın yaradılmasında mühüm rol oynayıb. İndi şübhələr var ki, Rusiya ondan istifadə edəcək. İkincisi isə Ukrayna məsələsində Putinin mövqeyini müdafiə etdi, amma susa da bilərdi. Bütün bu məsələlərə nəzər yetirəndə Abbas Abbasovu tənqid etməyə haqqımız çatır. Abbas Abbasovu “beşinci kolon”un nümayəndəsi adlandırmaq olar. Bir adam Putin etdiklərini düz hesab edirsə, yəni Krım yaxşı ki, işğal olunub söyləyirsə, Azərbaycan Rusiyanın maraqlarını nəzərə almalıdır deyirsə, ondan başqa nə gözləmək olar? Bu “beşinci kolon” deyilsə nədir?”   Politoloq “Milyarderlər İttifaqı”nın ölkə üçün böyük təhlükə olduğunu söyləyib:   “Saakaşvilinin müsahibəsindəki sözlərlə razıyam. Necə oldu ki, bir zamanlar siyasətə qarışmadıqlarını deyən oliqarxlar bir günün içərisində birləşdilər? Bunlar şübhələr, suallar yaratmırmı? Həmin oliqarxların Gürcüstanda toplaşmaları barədə də xəbərlər var idi. Suallar o qədər çoxdur ki, Abbas Abbasov bu suallara cavab verməkdə acizdir. Əksinə öz açıqlamaları ilə işi qəlizləşdirir. Abbas Abbasov “beşinci kolon”un ən güclü nümayəndələrindən saymaq olar. Bu gün Kremldəki bütün qapıları təpiklə açırsa, demək istəyir ki, Putinlə birbaşa əlaqəsi var. Putinin isə indi həyata keçirdiyi siyasət göz qabağındadır. Gürcüstan, Ukrayna parçalanır. Gələcək talelərinin nə olacağı bəlli deyil”.   Qeyd edək ki, dünən Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili də Putinin azərbaycanlı milyarderlərdən ittifaq yaratdığını və bunun ölkəmizə qarşı istifadə edəcəyini bildirmişdi.  

Short URL: http://www.cumhuriyyet.net/?p=6809

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930