İsrail Azərbaycanı Rusiyadan müdafiə etməyəcək
İsrail Azərbaycanı Rusiyadan müdafiə etməyəcək
“Şübhə etmək olmaz ki, Təl-Əviv rejiminin Azərbaycana yaxınlaşması taktiki xarakter daşıyır və sionistlər Azərbaycanı Ermənistan və ya Rusiyadan gələn təhlükələr qarşısında müdafiə etməyəcəklər”. “Axar.az” xəbər verir ki, bu iddia ilə İran mətbuatı çıxış edib. Mətbuat İsrailin heç bir zaman Azərbaycanla münasibətlərində Rusiya faktorunu yaddan çıxartmayacağını bildirib: “Burada Sionist rejimin Azərbaycanla münasibətlərində Rusiya faktorunu daim diqqətdə saxlayacağını unutmamalıyıq. Belə ki, İsrail postsovet respublikaları ilə əlaqələrində həmişə olduğu kimi bundan sonra da mütləq Moskvanın həssasiyyətlərini nəzərə alacaq. Bunun səbəblərinə gəlincə, İsrail və Rusiyanın dövlət maraqlarının bir çox məsələlərdə üst-üstə düşməsini və İsrailin Rusiya ilə xüsusi əlaqələrə malik olduğunu göstərmək olar. Bu əlaqələr SSRİ dağılandan sonra yüksələn xətlə inkişaf etməyə başladı və 100 minlərlə rusiyalı yəhudi İşğal olunmuş Fələstin ərazilərinə köçürüldü, siyasi hakimiyyətdə onlara etibar edildi. İsrail gələcəkdə postsovet məkanında baş verə biləcək mümkün münaqişələrdə Rusiyaya və eyni zamanda onun Ermənistan kimi oyuncaqlarına tam məharətlə dəstək verəcək”.
Short URL: http://www.cumhuriyyet.net/?p=6810