Türkiyə mediası: “Əliyev əməliyyat düyməsinə basdı”

03.05.2014 - 13:35

Türkiyə mediası: “Əliyev əməliyyat düyməsinə basdı”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərovun dünən prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilməsi Türkiyə mətbuatının da diqqət mərkəzində olub.
 
 “Qafqazinfo” xəbər verir ki, adı nurçularla əlaqələrdə hallanan sabiq komitə sədrinin vəzifəsindən azad edilməsi bir sıra Türkiyə qəzetlərində geniş şəkildə işıqlandırılıb. Demək olar ki, xəbəri dərc edən bütün mətbuat orqanları istefanın Türkiyədə “Gülənçi”lərə qarşı başladılan əməliyyatın bir hissəsi olduğununa diqqət çəkiblər.
Gündəlik “Axşam” qəzeti bu xəbəri “Əliyev əməliyyat düyməsinə basdı, “paralel nazir”i devirdi” başlığı ilə təqdim edib. Eyni zamanda, daha öncə paralel quruluşla əlaqələri olduğuna görə digər məmur Elnur Aslanovun da vəzifəsindən azad edildiyini xatırladıb. Qəzet Ərdoğanın Bakı səfəri zamanı prezident İlham Əliyevə nurçuların siyahısını təqdim etdiyini vurğulayıb.
“Aydınlık” qəzeti isə bu xəbəri “Azərbaycanda camaat əməliyyatı. Dini Qurumların sədri istefaya göndərildi” kimi təqdim edib.
“Yeni akit” qəzetində bu xəbər “Əliyev “paralelçi” Elşad İsgəndərovu vəzifəsindən azad etdi”, “Günəş” və “Türkiyə” qəzetlərində isə “İlham Əliyevdən paralel əməliyyatı” başlığı ilə təqdim olunub.

Türkiyə mediası: "Əliyev əməliyyat düyməsinə basdı"

Short URL: http://www.cumhuriyyet.net/?p=6819

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930