Jirinovski MDB ölkələrinə hücuma çağırdı

03.05.2014 - 15:35

Jirinovski MDB ölkələrinə hücuma çağırdı

“SSRİ sərhədləri bərpa edilməlidir” 
“Rusiya Dövlət Duması 1996-cı ildə Belovejsk sazişini ratifikasiya etməkdən imtina edib. Rusiya SSRİ sərhədlərini bərpa etmək üçün bütün huquqlara malikdir”.
 modern.az saytı bildirir ki, bunu Rusiya Dövlət Dumasının vitse-spikeri Vladimir Jirinovski tərəfdarlarının qarşısında çıxışı zamanı deyib. 
Rusiya liberal-demokratlarının lideri bildirib ki, bu hüquqla Moskva Rusiya imperiyasının sərhədlərini də bərpa etmək səlahiyyəti əldə edib.
“Biz başqasına aid olan şeyi götürmürük. Biz rus xalqına öz milli sərhədlərində yaşamaq imkanı verməliyik”,-deyə V.Jirinovski vurğulayıb.
O, Rusiyanın əsas düşməninin Qərb olduğunu bildirib.  “Əsas düşmənimiz Qərbdir. Brüssel, London, Vaşinqton… Onlar həmişə bizə qarşı inqilab və müharibə ediblər. Öz vtənimizi işğalçılardan azad etməliyik”,-deyə Jirinovski gurultulu çıxışını bitirib. 
Xatırldaq ki, 15 may 1996-cı ildə Rusiya Dövlət Duması MDB-nin yaradılması barədə sazişi qeyri-qanuni elan edib və tanımayıb

Short URL: http://www.cumhuriyyet.net/?p=6824

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930