İsrail alimlərindən Musa peyğəmbərə yalan itiihamı

04.05.2014 - 00:01

“Tövratda bəhs edilən əhvalatlar heç zaman baş verməyib”“Tövratda bəhs edilən əhvalatlar heç zaman baş verməyib”
İsrail arxeoloqları uzun illər apardıqları qazıntılardan sonra nəhayət bu qərara gəliblər ki, Tövratda bəhs edilən əhvalatlar heç zaman baş verməyib.  Professor Zeev Hersoq bildirib ki, israillilər heç zaman Misirdə olmayıblar, heç zaman səhrada köç etməyiblər və Fələstin torpaqlarını yəhudilərin 12 tayfası üçün işğal etməyiblər. “Yəhudi tarixinin əsas hadisələrinin heç biri bizim tapdıqlarımızla təsdiq edilməyib”, – deyə professor vurğulayıb.
Alimlər iddia edir ki, İsrail rahibləri tərəfindən şeypur səsi ilə dağıdılmış Eriha divarları da olmayıb. Zeev Hersoqun fikrincə, Bibliyada təsvir edilənlər Romul və Rem əfsanəsinə bənzər uydurma əhvalatlardır. 
İsrail alimlərinin dedikləri tarix elmi üçün inqilabi yeniliklərdir və adamlar bunu qəbul etmək istəmir. “Kiçik bir saxsı parçası belə yəhudi padşahlığının olmasını isbat etmir. Bu, o demək deyil ki, arxeoloqlar düzgün yerdə axtarmayıblar. Onların əldə etdiyi çox saylı sübutlar göstərir ki, Davud və Süleymanın zamanında Qüds çox böyük yaşayış məntəqəsi olub, amma orada nə mərkəzi məbəd, nə də padşah sarayı olmayıb”,- deyə Hersoq aparılan işlər barədə bildirib. (anspress.com)

Short URL: http://www.cumhuriyyet.net/?p=6827

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930