Mədət Quliyev məhkəmə qarşısında
Rəhbərlik etdiyi Penitensiar Xidməti
qapalı quruma çevirib, informasiya sorğularını cavablandırmadığı üçün
Bakı Apelliyasiya məhkəməsi
həbsxanalardakı vəziyyətlə bağlı sualları incələyəcək
Rəhbərlik etdiyi Penitensiar Xidməti
qapalı quruma çevirib, informasiya sorğularını cavablandırmadığı üçün
Bakı Apelliyasiya məhkəməsi
həbsxanalardakı vəziyyətlə bağlı sualları incələyəcək
Ədliyyə nazirliyi Penitensiar Xidmətin rəisi Mədət Quliyevin yerli və
beynəlxalq qanunları, öhdəlikləri pozaraq adı şəkilən qurumu qapalı müəssisəyə
çevirməsi, qeyri- şəffaf idarə etməsi, vətəndaş cəmiyyəti institutlarının
sorğularını cavablandırmaması, məhbusların hüquqlarını kobudcasına pozaması,
onlara işgəncə verilməsi, həbsxanalarda korrupsiyanın ayaq açıb yeriməsi adi
hala çevirilib.
Penitensiar Xidmət- cəmiyyətə qapalı rejim
Aparılan
araşdırmalar göstərir ki, Mədət Quliyev Penitensiar Xidməti cəmiyyət üçün
qapalı səhmdar cəmiyyətinə çevirib. İstintaq Təcridxanalarına və Cəza Çəkmə
Müəsisələrinə ictimai nəzarət yox səviyyəsindədir. Ədliyyə nazirliyi yanında
fəaliyyət göstərən İctimai Komitə bilavasitə nazir Fikrət Məmmədovun iradəsi
ilə formalaşır ki, bu qurumun həbsxanalara nəzarəti, məhbus hüquqlarını
qoruması formal xarakter daşıyır və daha çox inzibatı müdaxilələri, məhbuslara
qarşı həyata keçirilən repressiyaları pərdələmək və bu prosesə immitasiya
görüntüsü yaratmağa xidmət edir. Mədət Quliyev müstəqil QHT- ləri, vətəndaş
cəmiyyəti fəallarını həbxanalarda ictimai monitorinqlər aparmaq, düstaqlarla
görüşməyə imkan vermir. O eyni zamanda həbs yerlərində olan vəziyyət,
dustaqların durumu və bu istiqamətdə dövlət büdcəsindən ayrılan vəsaitlərlə
bağlı vətəndaş cəmiyyəti institutlarının sorğularını da cavablandırmaqdan
imtina edir. Mədət Quliyev bu hərəkətləri ilə nəinki Avropa Penitensiar
Qaydaları haqqında beynəlxalq Konvensiyanın tələblərini pozur, həmçinin
“İnformasiya əldə etmək haqqında” və “Məlumat azadlığı haqqında” Qanunları,
həmçinin Azərbaycan respublikasının Konstitusiyasını ayaqlar altına atır. O
özünü “burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə aparır. Məsələn, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansı
tərəfindən Penitensiar Xidmətin rəisi Mədət Quliyevə ünvanlanan informasiya
sorğusunda “İnformasiya əldə etmək haqqında” Qanuna uyğun şəkildə
aşağıdakı suallları cavablandırılması istənilib:
– Azərbaycan
respublikası ərazisində olan İstintaq Təcridxanaları və CÇM- lərin sayı;
– İstintaq Təcridxanaları və Cəza
Çəkmə Müəssisələrinin hazırkı texniki vəziyyəti və dustaqların saxlanma
şəraiti;
– Regionlarda inşa olunan yeni
həbsxanalar;
– İstintaq Təcridxanası və CÇM-
lərdə cəza çəkən dustaqların sayı;
– “Həbs yerlərində saxlanılan
şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun həbs
yerlərində tətbiq olunması istiqamətində son zamanlar atılan addımlar;
– Penitensiar Xidmətin əməkdaşları tərəfindən
bir çox hüquq müdafiəçilərinə və məhbusların yaxınlarına həbsdə saxlanılan
şəxslərlə görüşünə icazələrin verilməməsi səbəbi;
– Məhbusların saxlanma şəraitinin
yaxşılaşdırılması üçün son illər görülən tədbirlər;
– Məhbusların qida
təminatının yaxşılaşdırılması, tibbi xidmət, geyim, ərzaq və digər sosial
problemlərin həlli ilə bağlı 2011- ci və 2012- ci illərdə dövlət büdcəsindən
ayrılan vəsaitin həcmi və bir məhbusun saxlanması üçün büdcədən ayrılan vəsaitin
miqdarı;
– 2012- cü ildə həbs yerlərində
dünyasını dəyişən məhbusların sayı;
– 2012- ci ildə Penitensiar
Xidmətin Müalicə Müəssisəsinə göndərilən və müalicə alan məhbusların sayı;
– Məhbusları daha çox narahat edən
xəstəliklərlər və s.
Təəssüflə
qeyd etmək lazımdır ki, Azərbaycandakı Penitensiar Xidmət sahəsində olan
məlumatları nöqtəsinə, vegülünə qədər beynəlxalq təşkilatlara təqdim edən Mədət
Quliyev bu məlumatları Azərbaycanın vətəndaş cəmiyyəti institutları ilə
bölüşmək istəmir. Hazırda adı çəkilən Alyans Mədət Quliyevi yuxarıdakı soğrunu
cavablandırmadığı üçün məhkəməyə verib. Bu da Penitensiar Xidmətin sözdə ağız
dolusu dediyi şəffaflığın, cəmiyyətə açıqlığın və vətəndaş cəmiyyəti ilə
əməkdaşlığın bariz nümunəsi…
Generaldan qorxan məhkəmələr
Penitensiar Xidmət informasiya
sorğusunu cavablandırmadığına görə, adı çəkilən qurum 1 saylı Bakı İnzibati
Iqtisad Məhkəməsində Mədət Quliyevə və onun rəhbəri olduğu idarəyə qarşı iddia qaldırıb..
Lakin məhkəmə birtərəfli qaydada Penitensiar Xidmətin nümayəndəsinin verdiyi
izahat əsasında qanunvericiliyə zidd olaraq İnformasiya sorğusunun
cavablandırılmasına dair iddianın təmin olunmasını rədd etmişdir. Penitensiar
Xidmətin məhkəməyə təqdim etdiyi arayışda bildirilib ki, “İstintaq təcridxanalarının
və həbsxanaların xüsusi hissələrinin işi haqqında” Təlimatın təsdiq edilməsi
barədə Azərbaycan respublikası Ədliyyə nazirinin 06.05.2004- cü il tarixli 16-T
nömrəli Əmrinə əsasən məhkumların sayı, yerdəyişməsi və onlar barədə digər məlumatlar
məxfi hesab edilir. Bu səbəbdən iddiaçının sorğularına cavab verilməsi
qeyri-qanunudur. Belə məlumatlar yalnız xidməti xarakter daşıyır. Bundan başqa
“İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunun 2.4-1-ci maddəsinə əsasən İnformasiyanın əldə edilməsinə
o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi,
maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai
qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və
azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin
nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın”.
Göründüyü kimi, məhkəmənin
İnformasiya sorğusunun cavablandırılmasına dair iddianın rədd edilməsi haqqında
qərarı qüsurlu və qeyri-qanunidir.
Keçmiş dustaqların bitməyən davası
Keçmiş siyasi və
vicdan məhbusları tərəfindən yaradılan “Siyasi Məhbuslarsız Azərbaycan”
İctimai Alyansı məhkəmənin qərarı ilə barışmayaraq Mədət Quliyevə qarşı olan
iddianı davam etdirirlər. Qurumun məhkəmə qərarından verdiyi Apelliyasiya şikayətində
qeyd olunur ki, hər hansı bir məmurun və ya nazirin qərarı qanundan,
Konstitusiya tələbindən üstün ola bilməz.
Digər tərəfdən İnformasiya sorğusunun cavablandırılmasından imtina olunması
“İnformasiya əldə etmə haqqında” Qanunun 2.4-1-ci maddəsində göstərilən
hallarla ziddiyyət təşkil etmir. Əksinə sorğuda qoyulan suallar Penitensiar
Xidmət sahəsində şəffaflığın, aşkarlığın artırılmasına, qurumun idarə olunmasında ictimai nəzarətin təmin
olunmasına kömək edir. Eyni zamanda
sorğuda qoyulan bir çox suallar Cəza Çəkmə
Müəssisələrinə, orda saxlanan dustaqlara dövlət büdcəsindən ayrılan vəsaitlərlə
bağlıdır. Dövlət büdcəsi ictimai vəsait olduğundan həmin vəsaitlərin xərclənməsi
ilə bağlı suallar dövlət sirri və ya xidməti məlumat sayılmır.
Digər tərəfdən qeyd
etmək lazımdır ki, Penitensiar Xidmət ona ünvanlanan İnformasiya sorğusunda
qoyulan bir çox suallarla bağlı məlumatları vaxtaşırı olaraq bəzi beynəlxalq təşkilatlara-
Avropa Şurasına, ATƏT- ə,
Qırmızı Xaç Cəmiyyətinə və s. təqdim
edir. Həmin məlumatların bir qısmi Nazirlər Kabinetinin illik hesabatında dərc
olunur. Belə olan təqdirdə həmin məlumatların Penitensiar Xidmətin
“İnformasiya Əldə etmək haqqında” Qanunun tələblərinə uyğun olaraq ümumiləşdirilmiş
şəkildə cavablandırmaması sadəcə adı çəkilən qurumun səhlənkarlığından, vətəndaş
cəmiyyəti institutlarına sayğısız münasibətindən və qanunlara hörmətsizliyindən
irəli gəlir. Təəssüf ki, məhkəmə
qanunların tələb etdiyi qaydada İnformasiya sorğusunun cavablandırılması vəzifəsinin
cavabdeh Penitensiar Xidmətin üzərinə qoyulmasına dair qərar qəbul etmək əvəzinə
iddianın təmin olunmamasına dair absurd qərar çıxarıb.
Qanunsuz qərardan apelliyasiya şikayəti
Penitensiar Xidmətin rəisi
Mədət Quliyevin “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının informasiya
sorğusunu cavablandırmamasına dair absurd qərarını müdafiə edən 1 saylı Bakı
İnzibati İqtisadi Məhkəməsinin 21 noyabr 2013- cü il tarixli qərarından adı çəkilən qurum Bakı Apelliyasiya məhkəməsinə
müraciət edib. Apelliyasiya şikayəti məhkəmə icraatına qəbul edilərək şikayət
üzrə məhkəmə iclası 30 aprel 2014- cü il saat 11: 30- a təyin edilib. Sərvət
Hüseynovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində 1 saylı Bakı İnzibati
İqtisadi Məhkəməsinin qəbul etdiyi qanunsuz qərarına yenidən baxılacaq.
Xatırladaq ki, “Siyasi
Məhbuslarsız Azərbaycan” İctimai Alyansı informasiya sorğusunun
cavablandırılmasına dair Penitensiar Xidmətə 1 il 4 ay öncə- 07 yanvar 2013- cü
ildə müraciət edib. O zamandan üzü bəri Penitensiar Xidmət və onun rəisi Mədət
Quliyev adicə bir informasiya sorğusunu cavablandırmaq istəmir. Bu da adı çəkilən
qurumda vəziyyətin yuxarıda qeyd olunduğu kimi nə qədər acınacaqlı olduğunu bir
daha göstərir.
Mövzunu diqqətdə
saxlayacayıq, qarşı tərəfi də dinləməyə hazırıq.
Siyasət
şöbəs
Short URL: http://www.cumhuriyyet.net/?p=6828