Hüquqşünasdan deputatlara qanun dərsi

04.05.2014 - 02:13

“Deputatlar qanunu bilmir, yığışıb boş-boş danışırlar” “Deputatlar qanunu bilmir, yığışıb boş-boş danışırlar”
Rusiya vətəndaşlığının verilməsinin sadələşdirilməsi Azərbaycan rəsmi dairələrində narahatçılığa səbəb olub. Xatırladaq ki, Vladimir Putin keçmiş SSRİ ərazisində yaşayan rusdilli əhaliyə Rusiya vətəndaşlığının verilməsini asanlaşdıran qanunu imzalayıb. Azərbaycanda ikili vətəndaşlıqla bağlı müəyyən məhdudiyyətlər olduğundan Rusiyada yaşayan azərbaycanlılar seçim qarşısında qalsa, qonşu ölkənin vətəndaşlığına üstünlük verə bilər. Azərbaycan qanunları eyni zamanda Rusiya vətəndaşı olmağı qadağan etməsə də, artıq rəsmilər bununla bağlı müxtəlif fikirlər səsləndirməyə başlayıb. 
Milli Məclisin son iclasında bəzi deputatlar Rusiya pasportu alan şəxslərin Azərbaycan vətəndaşlığının ləğv olunmasını təklif edib. Deputat Fazil Mustafa Azərbaycanda bir çox şəxslərin Rusiya pasportu aldığını bildirib və qeyd edib ki, Azərbaycanda ikili vətəndaşlıq qanunla qadağan edildiyinə görə, dərhal həmin şəxslər Azərbaycan vətəndaşlığından çıxarılmalıdır. Deputat Siyavuş Novruzov isə XİN-in bununla bağlı bəyanat verməli olduğunu deyib. 
Deputatların belə bir təkliflə çıxış etməsi nə dərəcədə normaldır və eyni zamanda digər ölkə vətəndaşı olan şəxslərin Azərbaycan vətəndaşlığından çıxarılmasına ehtiyac varmı? Hüquqşunas Müzəffər Baxış Milli Məclis deputatlarının Azərbaycan Respublikası Konstitusiyasının müddəalarına uyğun olmayan fikirlər söylədiklərini deyir: “Hətta bəzi deputatlar təkliflər irəli sürürlər ki, başqa dövlətin vətəndaşlığı əldə edən şəxslər Azərbaycan Respublikası vətəndaşlığından məhrum edilsinlər. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 53-ü maddəsi AR vətəndaşlığından məhrumetməyə yol vermir. Heç bir şəxs AR vətəndaşlığından məhrum edilə bilməz. Savadsız insanlardır, yığışıblar, hərə bir fikir irəli sürür. 30 sentyabr 1998-ci il tarixdə AR vətəndaşlığı haqqında AR qanunu qəbul olunub. Həmin qanunun 10-cu maddəsinin tələblərinə görə, AR tərəfdar çıxdığı beynəlxalq müqavilədə və AR Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndində nəzərdə tutulan hallardan başqa Azərbaycan öz vətəndaşının başqa dövlətin vətəndaşlığına mənsubiyyətini tanımır. Bu o deməkdi ki, Azərbaycanın tərəfdar çıxdığı dövlətlərarası müqavilə varsa və müqavilədə göstərilibsə ki, hansı dövlətin vətəndaşı həm də AR vətəndaşı ola bilər, bu hal istisnadır. Bir AR Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə görə, prezident hər hansı ölkənin vətəndaşını həm də AR vətəndaşlığına qəbul edib. Belə hallarda Azərbaycan dövləti öz vətəndaşının başqa dövlətə mənsubiyyətini tanıyır. Digər hallarda isə tanımır”.
M.Baxış savadsız deputatların sadəcə şimal küləyindən təşvişə düşdüklərini və belə fikirlər irəli sürdüklərini deyir. Yəni kim Rusiya vətəndaşlığını əldə etsə, onları AR vətəndaşlığından məhrum etmək lazımdır: “Biri deyir vətəndaşlığa xitam vermək lazımdır, biri deyir məhrum etmək lazımdır. Yığışıb boş-boş danışırlar. Bunun heç bir hüquqi əsası yoxdur. Burda heç bir təhlükə də yoxdur. Azərbaycanın 2 milyona yaxın vətəndaşı həm də Rusiya vətəndaşıdır. Sadəcə bu insanlar orda həyat şəraitini qurmaq, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün Rusiya vətəndaşlğını əldə ediblər. Çünki Rusiya miqrasiya qanunvericiyini həddindən artıq təkmilləşdirib və çətinləşdirib. Əgər Rusiya vətəndaşı olmasaydılar, orda yaşamaq problemlər yarada bilərdi. Bu problemləri çözmək məqsdi ilə həmin insanlar Rusiya vətəndaşlığını da əldə ediblər. Sadəcə Azərbaycan vətəndaşı olduğuna görə dövlət onun Rusiya vətəndaşlığına mənsubiyyətini tanımır”.
Ekspert burda heç bir problemin və təhlükənin olmadığını deyir. Bu, normal bir haldır. Azərbaycan vətəndaşlarının həm də başqa dövlətin vətəndaşı olmasını qanun qadağan etmir. Azərbaycanın qanunverici orqanında bununla bağlı qadağanedici norma nəzərdə tutulmayıb. 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=6834

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930