Astara gömrüyündə özbaşınalıq
Sahibkarların gömrük sərgüzəştləri
buraxmır. O, bu il fevralın 1-də İrandan kafel gətirib. Deyir, dövlət
rüsumunu ödəməklə bir maşınlıq yükü ölkəyə keçirmək istəsə də, gömrükdə
ilişib qalıb. Sahibkar sürücü ilə bağladığı müqavilə əsasında gündə 50
manat cərimə ödəyir:
“Bütün instansiyalara müraciət etmişəm,
amma nəticəsi yoxdur. Heç bir səbəb gətirmədən yalnız bunu deyirlər ki,
kafel bazara bircə firmanın adından girməlidir, həmin firmaya da 10 min
500 manat pul verməlisən. Malı da, istəyirsən, dənizə tök. Ancaq
prezidentin idxal-ixrac əməliyyatının liberallaşdırılması haqqında 609
nömrəli fərmanı var. O fərmana görə hər bir hüquqi şəxs xarici ticarətlə
məşğul ola bilər. Amma bunlar monopoliya yaradırlar. Şirvan İqtisad
Məhkəməsinə üz tutmuşam, 2 dəfə işə baxıb, iştirak etməyiblər. Əvvəllər
də belə əngəllər olub, ancaq indi heç kəsi saymırlar”.
Bir müddət əvvəl Dövlət Gömrük Komitəsinin 192 Çağrı Mərkəzindən
AzadlıqRadiosuna bildirilib ki, Yunus Orucovun gətirdiyi yükün
saxlanmasına səbəb sənədlərinin qaydasında olmamasıdır. Mərkəzdən
məsələyə aydınlıq gətiriləcəyini deyilsə də, hələlik, hər hansı açıqlama
verilməyib.
SƏNƏDLƏR, VƏDLƏR
Yuus Orucov “sənədlərin qaydasında deyil” sözlərini eşidən nə birinci,
nə də sonuncu sahibkardır. AzadlıqRadiosuna dəfələrlə bənzər müraciətlər
olunub. Elə bu günlərdə Türkiyədən laminat gətirən sahibkarın yükü də
artıq üçüncü dəfə gömrükdə saxlanılıb. AzadlıqRadiosuna danışan Vüsal Hacıyevin gətirdiyi yük “Sınıq
Körpü” Gömrük Keçid Məntəqəsində aprelin 27-də saxlanıb. Dediyinə görə,
gömrüyün əsas iradı yenə də sənədlərlə bağlı olub. Gömrük Komitəsindən
də bunu AzadlıqRadiosuna təsdiqləyiblər.
Səbəb kimi avtomobilin “Avro-4” standartına uyğun olmadığı göstərilir.
Elman Əliyev mayın 1-də AzadlıqRadiosuna zəng edərək iki həftədən artıq
müddət ərzində dövlət orqanlarına təqdim etdiyi sənəd və eşitdiyi
vədlərdən danışır.
“Euro-4” ekoloji standartına keçiddən sonra gömrük-keçid məntəqələrindən
Azərbaycana gətirilən avtomobillərin sayında azalma gözə dəyir.
“apa-Economics”in məlumatına görə, Azərbaycan Dövlət Gömrük Komitəsinin
sədri Aydın Əliyev bu günlərdə jurnalistlərə açıqlamasında həmin
fikri dilə gətirib. Onun sözlərinə görə, bu azalma Azərbaycanın xarici
ticarət dövriyyəsində də 20% azalma doğurub.Aydın Əliyev onu da bildirib
ki, idxal-ixrac əməliyyatları zamanı yüklərin gömrük sənədlərinin
rəsmiləşdirilmə müddəti qısaldılacaq.
orqanlarında yeni qaydaların tətbiq edildiyini və sahibkarlarla gömrük
orqanlarının birgə fəaliyyəti üçün hökumətə 3 təklif verildiyini
söyləyib. Bu təkliflər iki qanunverici aktla bağlıdır: “Bunlardan birincisi Gömrük
Məcəlləsidir. Bu məcəllədə yük sənədlərinin rəsmiləşdirilməsinin 72
saata başa çatdırılması nəzərdə tutulur. İndi bu müddəti 24 saata
endirməyi təklif etmişik. İkincisi məcəllə ilə – ölkə başçısının
“Xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci
fərmanına dəyişikliklərlə bağlıdır. Axırıncı ən vacib təklifsə gömrük
orqanlarına təqdim olunan sənədlərlə bağlıdır. Bu sənədlərin qanun
çərçivəsində təqdimi üçün təkliflərin tənzimlənməsi təklif olunur. Bu,
ən vacib məsələlərdən biridir”.
Komitə sədri bunu da bildirib ki, gömrük yüklərinin Azərbaycan
Respublikası prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) vasitəsilə bəyan
edilməsi planlaşdırılır. A.Əliyev gömrük sahəsində şəffaflığın təmin
olunmasına görə, Azərbaycanın 138 ölkə arasında 39-cu yerdə
qərarlaşdığını deyib. Bu, gömrük ödənişlərinin banklar vasitəsilə
köçürülməsindən, elektron hökumət sahəsində görülən işlərdən
qaynaqlanıb.
GÖMRÜYÜN DAXİLİ İŞİ
Gömrükdəki süründürməçilik, sahibkarlara yaradılan əngəllər,
zaman-zaman, iqtisadçıların toxunduğu mövzu olub, parlament üzvləri
tərəfindən də qaldırılıb. İqtisadçı ekspert Oqtay Haqverdiyev gömrükdə baş verənləri ölkədə oturuşmuş korrupsiya zəncirinin bir halqası adlandırır:
“Yəni problem təkcə gömrüklük deyil. Ayrı-ayrı şəxslər korrupsiyaya görə
cəzalandırılsa da, gömrüyə tam girişə bilmirlər. Gömrük Komitəsi
təklifi hara verib? Bunun üçün prezident sərəncam verəsi
deyil ki. Bu, gömrüyün daxili işidir, əsasnaməsində də yazılıb. Komitə
sədri özü bir əmrlə həll edə bilər məsələni. Funksiyanın “ASAN xidmət”ə
verilməsi məsələni daha da qəlizləşdirər. Gömrük sistemi həm də
təhlükəsizlik deməkdir. Hər yerdə ASAN açılmayacaq ki. ASAN xidmət
məsələləri ilə məşğul olmalıdır”.
SAHİBKARA GÖSTƏRMƏK Kİ…
İqtisadi Təhlil İnstitutunun rəhbəri Məhəmməd Talıblı problemin
məmurların sahibkarlıqla məşğul məmurlarda görür, yəni ilk öncə
sahibkar-məmurun maraqlar konflikti aradan qaldırılmalıdır:
“Ölkədə sahibkarlıqla məşğul şəxslərin çoxu, yaxud şirkətlərin arxasında duranlar dövlət məmurlarıdır. Həm idxal, həm də istehsal üzərində monopoliya hökm sürür. Həmin
monopolistlərin maraqları imkan vermir ki, onlarla rəqabət aparacaq
mallar ölkəyə daxil olsun. Rəqabətli bazar mühiti yaradılmalıdır. Gömrük
korrupsiyanın ən çox kök saldığı qurumdur. Elə bəzi xidmətlərinin
ASAN-a verilməsi bu qurumun funksiyalarını yerinə yetirə bilmədiyini
göstərir. Bu dövlət qurumunun simasını dəyişmək üçün siyasi iradəyə
ehtiyac var. Əslində, gömrükdə yükü saxlanan bəzi sahibkarların növbəti
dəfə mal gətirmək imkanını əlindən almağa çalışırlar. Göstərmək
istəyirlər ki, növbəti əməliyyat zamanı onları daha böyük iflas və
təhlükə gözləyir. Təbii ki, sahibkarlıqla məşğul olanların sayı,
sahibkarlıq subyektlərinin büdcəyə ödədiyi vergilər azalır. Eləcə də
dövlət büdcəsinə qeyri-neft daxilolmalarının həcmi azalır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=6851