Pirverdiyevin islahatı 100-dən çox işçini “havada” qoyub

ilə bağlı “Azərenerji”yə qarşı məhkəmə iddiaları artıb

ilə bağlı “Azərenerji”yə qarşı məhkəmə iddiaları artıb
Şəbəkəsi” (“Imişli REŞ”) MMC-nin ləğvi barədə qəbul etdiyi qərar bu
müəssisədə çalışan 100-dən çox adamın narahatlığına səbəb olub.
“Azadlıq” radiosuna danışan müəssisə əməkdaşları mayın 1-dən işə
buraxılmadıqlarını bildirirlər.
“Bizə iki ərizə yazmaq təklif edilib”
2007-ci ildən bəri “Imişli REŞ”də işləyən, Qarabağ müharibəsi
veteranı Arif Qədirov bildirir ki, idarə ləğv edilsə də, onlarla son
hesablaşma aparılmayıb: “Əmək müqaviləmizə xitam verilmədən
idarə ləğv edilir. Mayın 1-dən faktiki olaraq “havadayıq” – nə rəsmi
qaydada işdən çıxarılmışıq, nə də işdə hesab olunuruq. Əmrin surəti
göndəriləndə bizə təklif olundu ki, Imişli və Şirvan regional
idarələrinin adına iki ərizə yazaq – birincidən işdən çıxarılmağımızı
xahiş edək, ikincidən isə iş istəyək. Məqsəd odur ki, bizə sonrakı aylar
üçün kompensasiya ödənilməsin. Bəziləri aldanaraq hər iki ərizəni
yazıb”.
“Imişli REŞ”in başqa bir əməkdaşı – Vüsal Usubov da deyir ki, belə bir dövrdə qəfil iş yerini itirmək çox çətindir: “Onsuz
da aldığım əmək haqqı yüksək deyildi – əlimə gələn 150 manat idi. O da
olmayanda, gəl dolan görüm, necə dolanırsan. Bu işi tapana qədər nə
qədər yerə müraciət etmişdim, qəbullarda olmuşdum. Bilmirəm yeni idarə
yaradılanda mənə iş veriləcək, ya yox? Başqa iş tapmaq da çətindi”.
“Azərenerji”yə qarşı iddialar artıb”
Vətəndaş Nəzarəti Şəbəkəsinin Imişlidəki işçi qrupunun rəhbəri Kənan
Şahpələngov baş verənlərin vətəndaşlarda narazılıq doğurduğunu deyir:
“Azərenerji” ASC-də struktur dəyişikliyi tez-tez edilir. 2006-cı ildən
bəri Imişlidəki regional idarə müxtəlif formada dörd dəfə yenidən təşkil
edilib. Amma bu dəyişikliklər əhalinin elektrik enerjisi ilə
təchizatında vəziyyəti yaxşılaşdırmayıb. Regional idarə üçün yeni
inzibati bina tikilib, amma özünü ləğv edirlər – bunu anlamaq olmur.
MMC-lərin ləğvi, birinin digərinə qoşulması, yenidən təşkili yüzlərlə
insanın narahatlığına səbəb olur. Son illər əmək hüquqlarının pozulması
ilə bağlı “Azərenerji”yə qarşı məhkəmə iddiaları artıb. Adamlar vaxtilə
aldıqları əmək haqqının bir hissəsini məhkəmə yollarında tökürlər”.
“MMC-nin ləğvi enerji satış işində çevik idarəetmənin yaradılması məqsədi daşıyır”
“Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyevin aprelin 22-də
imzaladığı əmrə əsasən “Imişli REŞ” MMC-nin tərkibində olan Zərdab,
Ağcabədi, Füzuli və Beyləqan rayon şəbəkələri “Mingəçevir REŞ2in,
Saatlı, Kürdəmir və Imişli rayon şəbəkələri isə “Şirvan REŞ”in
tabeliyinə verilib. Sonuncunun bazasında Imişli və Şirvan regional
idarələri yenidən təşkil ediləcək.
ASC rəhbərliyi bu addımı “enerjisatış işində çevik idarəetmənin
təşkil edilməsi, iş həcmlərinin və xərclərin azaldılması” məqsədi
daşıdığını bildirir. Amma əmrdə “Imişli REŞ” tərəfindən vaxtilə işə
götürülən işçilərin sonrakı taleyinə aydınlıq gətirilməyib. (“Azadlıq”
radiosu)
Short URL: http://www.cumhuriyyet.net/?p=6852