“Kabus”dan məmurları ifşa edən yeni rep
Bir müddət öncə mətbuatda məmur övladlarının müxtəlif magistral
yollarda avtomobil yarışları təşkil etdiyinin videoları yayılırdı.
Sonuncu belə videodan sonra isə jurnalistlərlə millət vəkili Elton
Məmmədov arasında ciddi qalmaqal yaşanmışdı.
Məmur övladlarının gündəlik bahalı həyat tərzi hər kəsin ağlına “bu
qədər pul hardandır?” sualını gətirir. Amma onlar israrla var-dövlətə
sahib olmadıqlarını, bəziləri isə bizneslə məşğul olduqlarını deyir.
Baxmayaraq ki, məmurun bizneslə məşğul olması qadağandır.
Bir müddət öncə gündəmdə geniş müzakirə olunan məmur övladları
məsələsinə gənc repçi “Kabus”da (Həbib Rüstəm) öz fikirlərini
özünəməxsus şəkildə deyib. O, “Millət vəkili” adlı, məmur və məmur
övladlarını tənqid edən rep yazıb.
Sözügedən repi təqdim edirik:
Short URL: http://www.cumhuriyyet.net/?p=6854