Ən çox şikayət olunan üç icra başçısı
olması səbəbindən onlar haqqında yuxarı instansiyalara edilən şikayətlər
də çox olur. Prezident Admnistrasiyası artıq bir neçə ildir ki, daha
çox şikayət olunan icra başçılarının “reytinq cədvəli”ni də
hazırlayaraq, onu cəmiyyətə açıqlayır.
Yeni ilin ilk ayı üzrə hazırlanmış “reytinq
cədvəli” ilə bağlı jam.az xəbər verir ki, Prezident
Admnistrasiyasına müraciət edən vətəndaşların ən çox şikayətçi olduqları
icra başçısı Alı Alıyevdir. Füzuli rayonun rəhbərinin
özbaşınalığı, qanunları saya salmaması, habelə total korrupsiyaya yol
verdiyini əhatə edən bu şikayətlərin ümumi sayının yüzlərlə olduğu
bildirilir.
Sıralamada ikinci yeri Abşeronun icra başçısı Zakir Fərəcov tutub. Onun haqqında edilən şikayətlərin əsas qayəsini isə rayonda yaratdığı özbaşınalıq və talançılıqla bağlıdır.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov
isə sıralamada 3-cü yerdə qərarlaşıb. Onun haqqında edilən şikayətlərin
qısa məzmunu şəhərdə satmadığı torpaq sahəsinin qalmaması, sahibkarlara
qənim kəsilməsi və digər sosial problemlərlə əlaqəlidir.
Beyləqanın icra başçısı Vaqif Abdullayevdən isə ən çox
şikayət edən sahibkarlardır. Rayonda onlara imkan verməyən və mütəmadi
olaraq iş adamları ilə toqquşan sözügedən şəxsin əsas tələbi onlardan
pul istəməsi göstərilir. Qeyd edək ki, hələ bir müddət əvvəl
Abdullayevlə iş adamlarının biri arasında insident də baş qaldırmışdı və
icra başçısının başı yarılmışdı.
Short URL: http://www.cumhuriyyet.net/?p=6858