Rauf Mirqədirovun Ankaradakı evində axtarış aparılıb

04.05.2014 - 21:22

Axtarışı Türkiyə xüsusi xidmət orqanları aparıb

Mayın 4-də günorta saatlarında Türkiyənin xüsusi xidmət orqanları Azərbaycanda həbs edilən jurnalist Rauf Mirqədirovun həyat yoldaşı və uşaqlarının Ankarada yaşadığı evdə axtarış aparıb. Jurnalistin həyat yoldaşı Adilə Babaxanova Turan agentliyinə bildirib ki, mənzilə 11 nəfər gəlib. Ona deyiblər ki, axtarış Azərbaycan hakimiyyətinin sorğusuna əsasən aparılır.
Axtarış zamanı bir sıra sənədlər və elektron daşıyıcılar, o cümlədən jurnalistin qızının planşeti götürülüb. Bundan sonra Azərbaycan səfirliyinin nümayəndəsi mənzilə gəlib və jurnalistin xanımını sorğu-sual edib. Xatırladaq ki, Ermənistanın xeyrinə casusluqda ittiham edilən “Ayna-Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov Türliyədə saxlanıb və aprelin 19-da təyyarə ilə Bakıya göndərilib. O Bakı hava limanında həbs edilib.
Mirqədirovun xanımı və iki uşağı Türkiyədə qalıb. Son üç ildə jurnalist ailəsi ilə bu ölkədə yaşayırdı.

Short URL: http://www.cumhuriyyet.net/?p=6869

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930