Sabunçu icra başçısının sözün geri oxutdurdular

05.05.2014 - 00:52

İcra başçısının işdən çıxardığı məmur vəzifəsinə qaytarıldı

 

 

 

Bir neçə ay əvvəl Sabunçu rayon icra başçısı Adil Vəliyev Balaxanı
sakinləri ilə görüş zamanı qəsəbənin icra nümayəndəsi Fərhad Qurbanovu
vəzifəsindən bir aylıq müddətinə uzaqlaşdırmışdı. Buna səbəb icra
başçısı ilə görüşdə, Fərhad Qurbanovun rüşvət alması ilə bağlı
sakinlərin şikayət etməsi olmuşdu.

Indi isə “Qafqazinfo”ya
zəng edən Balaxanı sakinlərindən biri qəsəbə icra nümayəndəsinin yenidən
vəzifəsinə bərpa edildiyini deyib. Sakin bir ay əvvəl nümayişkaranə
şəkildə işdən qovulan icra nümayəndəsinin nəyə görə yenidən bu vəzifəyə
qaytarılmasını anlamadıqlarını bildirib. O iddia edib ki, həmin vaxt
icra başçısının sərt qərarı gözdən pərdə asmaq üçün imiş.

Məsələyə aydınlıq gətirmək üçün sayt əməkdaşı Sabunçunun icra başçısı
Adil Vəliyevlə əlaqə saxlayıb. Başçı bildirib ki, həmin vaxt Fərhad
Qurbanov Balaxanı icra nümayəndəsi vəzifədən bir aylıq müddətinə
uzaqlaşdırılmışdı, təkrarən vəzifəyə qaytarılması isə qəsəbə camaatı ilə
müzakirələrdən sonar baş tutub: “Qəsəbənin 200 nəfərlik nümayəndəsi ilə
iclas keçirdik, onlardan 184 nəfəri Fərhad Qurbanovun qüsurlarını
aradan qaldırdığını və onun yenidən işə bərpasına etiraz etmədiklərini
deyib. Mən Balaxanıda böyük işlərin görüləcəyini bildirmişəm, sözümün də
arxasındayam. Çünki orada böyük müəəssisələrin tikilməsi və qəsəbə
sakinləri üçün yeni iş yerlərinin açılması üçün çalışırıq”.

İcra başçısının mart ayında Balaxanı sakinləri ilə görüşünün kadrlarını bir daha təqdim edirik:

 

 

Short URL: http://www.cumhuriyyet.net/?p=6872

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930