“Atletiko Madrid”in avtoritar dostu – Azərbaycan
“Biz “Atletiko”nun İlham Əliyevin repressiv rejimi
ilə əməkdaşlığına dair çətin suallar verən cəsarətli azərbaycanlılara borcluyuq”
“Biz “Atletiko”nun İlham Əliyevin repressiv rejimi
ilə əməkdaşlığına dair çətin suallar verən cəsarətli azərbaycanlılara borcluyuq”
“Atletiko
Madrid” hal-hazırda futbol azarkeşlərinin diqqətini cəlb edən əsas
klublardandır. Çox güman ki, onlar ən uğurlu sezonlarını yaşayırlar; Çempionlar
Liqasının finalına vəsiqə qazanıblar və İspaniya La Liqasında Barselona/Real
Madridi hegomonluğuna son verməyə çalışırlar.
İdman azarkeşləri “Atletiko” kimi məzlum hekayəsi olan komandaları daha çox
sevir. Müqayisədə daha az cazibəyə malik İspaniya paytaxtına aid bu komanda nəhayət
ki, ən güclü olmağa çox yaxındır. Yalnız xoşagəlməz bir hadisə mükəmməl hücumçu
Dieqo Kosta və komanda yoldaşlarının yolunda əngəl ola bilər.
“Atletiko”nun köynəyində “Azerbaijan: Land of Fire” (Azərbaycan: Alovlar ölkəsi)
reklam yazısı mövcuddur. Onlara bir neçə idarəçilik kitabı oxuyan acgöz satış
menecerinin dili və görünüşü ilə klassik diktatorun hissiyatsızılığını özündə cəmləyən
İlham Əliyevin hökuməti sponsorluq edir. Onun Twitter hesabında belə bir bayağı
fikir yazılıb: “Biz təşəbbüsləri reallığa çeviririk.” Bunun nə demək olduğuna
dair heç bir fikrim yoxdur. Hər nə məna kəsb etməyinə baxmayaraq, onun səhifəsinə
hər daxil olanda bu cümlənin qarşımıza çıxmasına görə o, açıq-aydın məmnundur.
“Atletiko” ilə 2012-ci ilin dekabrında müqavilə (bağışlayın, “stratejik əməkdaşlıq”)
bağlandı və 2014-cü ilin martında bu müqavilə yeniləndi. “Atletiko”nun
vebsaytının giriş hissəsi “təşəbbüslərdən reallığa” kimi mənasız şeylərlə
doludur. “Atletiko” futbol klubu deyil, o “idman müəsissəsidir”. Bizə deyilən
odur ki, Azərbaycanla “Atletiko” arasındakı əlaqə ənənəvi köynək üzərindəki
reklam yazısı ilə bağlı sponsorluqdan daha dərindir. Çünki, fərqli təbiət,
idman, ticarət, rabitə, marketinq və birgə sosial məsuliyyətlərlə hər iki tərəfin
mənfəətini güdərək önəmli məqsədlərə çatmaq üçün bir vasitə kimi bunun çox
böyük dəyəri var.
Bu öz mənasızlığı ilə poetik səslənir. Əslində “hər iki tərəfin mənfəəti üçün fərqli
təbiət, idman, ticarət, rabitə, marketinq və birgə sosial məsuliyyətlər” ağıla ədəbi
inci olan Lakın Samuel Bekketin “Qodotun İntizarında” əsərindəki monoloqunu gətirir:
“…tenis, futbol, qaçış, velosiped, üzgüçülük, su idmanı, uçuş, atçılıq,
planerizm, konat, konkisürmə, tenisin bütün növləri…”
Tutaq ki, Əliyev Runkornda donanma maşını dilerliyinin rəhbəri olsaydı, bütün
bunlar gülməli səslənərdi. Təəssüflər ki, deyil. O, günahsız görsənmək üçün təbliğat
və senzuraya xərclənmiş neft və qaz gəlirləri ilə bəslənən təkhakimiyyətli
rejimin başçısıdır.
Təbliğat hissəsi kifayət qədər gülməlidir: Knightsbridg-də (London) olan gecə
klubuna Azərbaycan paytaxtının şərəfinə Bakı adı verilib, həmçinin Bakı adını
daşıyan parlaq jurnal, parıldayan yüksəkmərtəbəli binalar, Avroviziya Mahnı
Müsabiqəsinə seçilən mahnıdakı mesaj (Dilarə Kazımova tərəfindən ifa olunan
“Start A fire”).
“Index of Censorship” (Senzuraların İndeksi) veb səhifəsindəki mütəmadi məlumatlara
baxsaq, senzura məsələsi isə o qədər də əyləncəli deyil. Xədicə İsmayılova ilə
bağlı məsələ var, o hakimiyyət tərəfindən təqiblərə məruz qalıb və şantaj
olunub. “Index of Censorship” tərəfindən mükafatlandırılan “Azadlıq” qəzeti
dövlət idarələri tərəfindən məqsədyönlü şəkildə maliyyə böhranına düçar olub.
İdrak Abbasov dövlət neft şirkəti tərəfindən dağıdılan evlər haqda hesabatlar
yazdığına görə ölümcül döyülüb. “Eşşək bloqqerləri”, dissidentlər Adnan Hacızadə
və Emin Milli polisə döyüldüklərini bildirmək üçün ərizə verdikdə xuliqanlığa
görə həbs olunmuşdular. Reportyor Eynulla Fətullayev dörd il həbs olundu və
sonra ona saxta narkotik ittihamları irəli sürüldü. Tənqidçi journalist Elmar Hüseynov 2005-ci ildə
öldürüldü.
Onlar “Atletiko Madrid”in qurbanlarıdır? Xeyr, bunu söyləmək ədalətsizlik
olardı. Başlanğıc üçün qeyd etmək lazımdır ki, etibarsız rejimlərlə köynək
reklamı üçün sponsorluq müqaviləsi imzalayan yeganə klub “Atletiko” deyil.
Barselona özündən razı “més que un club (bir klubdan daha böyük)” imici ilə
“UNİCEF” yazısını öz köynəklərindən silərək şairləri həbs edən Qatar kimi bədbəxt
bir ölkə ilə müqavilə imzaladı. Heç kim Məhəmməd əl-Əcəminin əməllərinə görə
Lionel Messini günahkar saymır. Buna baxmayaraq, Azərbaycanın Atletiko ilə əməkdaşlığı
Əliyev və onun tərəfdaşlarının böyük idarəçilik imici və önəmli müxbir, bloqqer
və fəalların həbsi isə onların digər imicidir. Onlar biri birindən tamamilə
ayrıla qəbul edilə bilməz.
BBC
Azərbaycanca
Short URL: http://www.cumhuriyyet.net/?p=6875