ABŞ Ukraynaya 100 milyon dollarlıq hərbi yardım edəcək

05.05.2014 - 02:25


 
ABŞ senatorlarından ibarət kifayət
qədər böyük bir qrup Amerikanın Ukraynaya 100 milyon dollarlıq hərbi
yardımını nəzərdə tutan qanun hazırlayır. “Ukrainskaya
pravda”-nın verdiyi məlumata görə, bu barədə senator Cin Makkeyn
İnter telekanalının efirində bildirib. 
“Biz
rus işğalına qarşı kontur-tədbir vasitələri ilə Putinə anlatmaq
istəyirik ki, o, Ukraynanın şərqini və ya cənubunu ilhaq edərsə, bu, ona
çox baha başa gələcək”, – deyə Makkeyn sözünə əlavə edib. Senator qeyd
edib ki, qanunun qəbulu gecikə bilər, “vaxt isə gözləmir”. O, bu üzdən
prezident Obamanı Ukraynaya hərbi köməyi daha tez göndərməyə
inandıracağını söyləyib.
Makkeyynə görə, Rusiya
nəinki Ukraynanın cənub-şərqini, Moldovanı işğal eləməyi, həm də
Dnestryanı bölgəni özünə birləşdirməyi xəyal edir.
 
Musavat.com

Short URL: http://www.cumhuriyyet.net/?p=6876

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930