İlham Mirzəyevin elmi işi saxta imiş

05.05.2014 - 09:52

Həbs olunan teleaparıcının bu işi başqasına yazdırdığı bildirilir

 

 

Hazırda
həbsdə olan teleaparıcı İlham Mirzəyev barədə redaksiyamıza maraqlı
məlumat daxil olub. Bildirilir ki, İ.Mirzəyev bioqrafiyasında hansı ali
məktəbi bitirməsi barədə heç nə yazmır. Sən demə, o, Azərbaycan Dövlət
Mədəniyyət və İncəsənət Universitetini bitirib. Ancaq sonradan
psixologiyadan müdafiə edərək alim olub. Başqa sözlə, ixtisasını
dəyişib.

Sual oluna bilər, Mədəniyyət və İncəsənət Universiteti hara, psixologiya hara? 
Haqlı
sualdır. Bildirilir ki, İ.Mirzəyevin elmi işi saxtadır. O, bu işi
başqasına yazdırıb və alimlik dərəcəsi alıb. İlham Mirzəyev həbs olunana
qədər Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və
Hüquq İnstitutunun “dinşünaslıq və mədəniyyətşünaslığın fəlsəfi
problemləri” şöbəsinin böyük elmi işçisi vəzifəsini daşıyıb. 
Redaksiyamıza
məlumat verən mənbə deyir ki, belə bir şəxsə psixologiya üzrə alimlik
dərəcəsi almağa köməklik göstərənlər əslində elmimizi rüsvay edən
adamlardır. “İlham Mirzəyev psixologiya üzrə fəlsəfə doktoru alimlik
dərəcəsi aldıqdan sonra falçılığa başladı. Bu elmi dərəcə çox adamı
çaşdırdığından onlar İlham Mirzəyevə üz tuturdular. O isə məharətlə bu
adın arxasında gizlənə bilirdi”, – deyə mənbə bildirir. 
O
da qeyd edilir ki, İ.Mirzəyevin əlindən tutub onu elmə gətirənlərdən
biri AMEA-nın müxbir üzvü, psixologiya elmləri doktoru deputat Bəxtiyar
Əliyev olub. Bəxtiyar Əliyev falçı-psixoloqun “Posttravmatik stressin
sosial psixoloji təhlili” adlı dissertasiyasının elmi rəhbəri də olub.
Mənbə
başqa bir maraqlı məlumatı da diqqətə çatdırır: belə ki, İ.Mirzəyevin
“Çaşıoğlu” nəşriyyatında 2011-ci ildə çap olunmuş “Ailənin sosial
psixologiyası” kitabının elmi redaktoru Bəxtiyar Həmzə oğlu Əliyevdir.
Göründüyü kimi, Bəxtiyar Əliyevin İlham Mirzəyevin psixologiya elminə
“gəlməsində” müstəsna rolu olub. 
Qeyd edək ki,
aprelin 12-də Nərimanov Rayon Məhkəməsində tanınmış teleaparıcı
İ.Mirzəyevlə bağlı məhkəmə prosesi keçirilib və məhkəmə onun barəsində 2
aylıq həbs qətimkan tədbiri seçib. O, dələduzluqda ittiham olunur.

Short URL: http://www.cumhuriyyet.net/?p=6882

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930