“Dünyada bütün mafiya təşkilatlarını biz idarə edirik”
“Dünyada bütün mafiya təşkilatlarını biz idarə edirik”
ABŞ vətəndaşı, yəhudi əsilli məşhur iş adamı Devid Rokfellerin son yüz ilin ən böyük etiraflarının altıncı hissəsi mafiya və qaçaqmalçılıqla bağlıdır. “Axar.az” xəbər verir ki, Rokfeller dünyada mafiya və qaçaqmalçılıq əməllərinin onların icazəsi olmadan icra edilə bilməyəcəyini bildirib. Devid Rokfeller mafiya və qaçaqmalçılıq fəaliyyətləri və bunların əməlləri ilə bağlı çox önəmli məlumatlar verib: “Bütün təşkilati işlərin çox yüksək xərcləri var. Bunların qaynağı isə vergidən azad olan vəqflərimizin yığdığı vəsaitlərlə və mafiya ilə olan əlaqələrimiz sayəsində maliyyələşir. Dünyanın heç bir ölkəsində mafiya və ya qaçaqmaçılıq fəaliyyətləri o dövlətin xəbəri və icazəsi olmadan edilə bilməz. Bunun üçün üst pillələrlə iş birliklərinin olması lazımdır. Bu işbirliyini edənlər isə gözünü pul ehtirası bürümüş insanlardan seçilir. Bir dəfə bu işlərə qarışdınsa, bir daha çıxış yolu yoxdur. Dünyanın hər yerində tamamilə bizim nəzarətimiz altında çalışan mafiya xüsusilə narkotik və silah qaçaqmalçılığı ilə məşğul olur, çünki ən çox pul bu sahələrdədir. Bu puldan biz ən böyük payı alırıq və bu pullarla yanaşı xeyriyyə vəqflərimizin dəstəyilə bütün fəaliyyətlərimizi maliyələşdiririk. Bura iş strukturlarımıza paylanan pul və rüşvətlər daxildir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=6886